aztb.info
http://aztb.info
aztb.info

BDU-nun qarşısındakı izdihamla bağlı universitetdən AÇIQLAMA

29-09-2021, 11:02 16 dəfə baxılıb

BDU-nun qarşısındakı izdihamla bağlı universitetdən AÇIQLAMA


Bakı Dövlət Universiteti bu ali təhsil müəssisəsinin qarşısında yaranmış sıxlığı ilk dərs günü ilə əlaqələndirib.

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva açıqlamasında bildirib ki, Bakı Dövlət Universitetində tələbələrin sayının çoxluğu, həmçinin birinci kursların ilk dərs gününə valideynləri və yaxınları ilə gəlmələri  binanın qarşısında izdihamın yaranmasına səbəb olub:

"Mühafizəçilərimizin universitet ərazisindən kənara nəzarət etməyi demək olar ki mümkün deyil. Amma hər bir korpusda və fakültələrdə tələbələrin vaksin pasportunun olub olmaması fərdi qaydada yoxlanılır, sosial məsafənin gözlənilməsinə riayət edilir" - açıqlamada bildirilib.

Qeyd edək ki, bu gündən ali və orta ixtisas təhsili müəssisələrində yeni dərs ili başlayıb.Universitet girişlərində hər bir tələbənin COVID pasportunun yoxlanılmasının universitet qarşısında izdihama səbəb olduğu bildirilir.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2021    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031