Sorğu
Sitemizi değerlendirin

01 Kas 14:11Olke

Alimlərdən qorxudan açıqlama — “Leysan və daşqınlar əsri başlayır”

Alimlərdən qorxudan açıqlama — “Leysan və daşqınlar əsri başlayır”














“Nature Communications” jurnalında fiziklərin yeni elmi məqaləsi dərc edilib.
Alimlərin fikrinə əsasən, planetimizdə orta tempraturun artması güclü leysanlara, daşqınlara səbəb olacaq.

“Biz Yer planetində leysan və daşqınların artma səbəbinin fiziki mexanizmini araşdırdıq. Biz bilirdik ki, ekstremal vəziyyət gələcəkdə daha tez-tez təkrarlanacaq və ondan qorunmaq üçün nə etmək lazım olduğunu bilməliyik. Bizim hesablamalar bu cür proqnozları hazırlamağa imkan verir”, - deyə Tszyabo İn bildirib.
Qlobal istilərin nəticələrindən biri ekstremal hava şəraitidir. Yəni, qışda anomal istilər, yayda isə soyuq hava nəzərdə tutulur. 2012-ci ildə Krımdakı daşqınlar, 2010-cu ildə Rusiyadakı isti yayı buna misal çəkmək olar. Alimlər bildirirlər ki, gələcəkdə qlobal istilər artacağı üçün bu anomal təbiət hadisələrinin də tezliyi artacaq və daha böyük əraziləri əhatə edəcək. Bu isə ölüm hallarını artıracaq. Yayda istinin bir dərəcə azalması ölənlərin sayını 15 faiz artıracaq.

Ötən il avstraliyalı alimlər qeyd etdilər ki, isti hava dalğası meşələrdə yaşayan minlərlə yarasanı məhv etdi. Bu il isə Kaliforniya sahillərində balıqların kütləvi ölümünə səbəb olub.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Kod:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Kodu girin: