aztb.info
http://aztb.info
aztb.info

Prezident və Birinci vitse-prezidentin bu fotoları gündəm oldu - FOTOLAR

10-08-2022, 10:55 21 dəfə baxılıb

Prezident və Birinci vitse-prezidentin bu fotoları gündəm oldu - FOTOLAR


Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Konyada V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimindəki fotoları gündəm oldu.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva açılış mərasimində Türk bayraqlarını qaldırması iştirakçılar tərəfindən böyük  rəğbət və  alqışla qarşılanıb. 

V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimininin keçirildiyi stadionunda Türkiyə bayrağı ilə yanaşı Azərbaycan bayrağı da dalağalanıb.

Qeyd edək ki,  Türkiyənin ev sahibliyi ilə Konyada keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4200 idmançı iştirak edir.

Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib  Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva, ŞKTC Prezidenti Ersin Tatar, Fələstin Baş naziri Məhəmməd Ştiyye, Albaniyanın Baş naziri Edi Rama, Əlcəzairin Baş naziri Eymen bin Əbdürrəhman, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Şahzadə Əbdüləziz Bin Turki Əl Faysal Al Səud iştirak edib.






Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2022    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930