aztb.info
http://aztb.info
aztb.info

Azərbaycan, Türkiyə və İran XİN başçıları Tehranda üçtərəfli görüş keçirəcək

28-06-2022, 08:43 16 dəfə baxılıb

Azərbaycan, Türkiyə və İran XİN başçıları Tehranda üçtərəfli görüş keçirəcək


Türkiyə-İran-Azərbaycan üçtərəfli əməkdaşlıq formatı çərçivəsində xarici işlər nazirlərinin növbəti görüşü İranın Tehran şəhərində olacaq.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Çavuşoğlunun sözlərinə görə tərəflər görüşü bu il ərzində keçirməyi planlaşdırır. Dəqiq tarix barədə məlumat verilmir.

Çavuşoğlu Türkiyə və İranın ətraf mühitlə bağlı birgə fəaliyyətinin zəruriliyinə diqqət çəkib və iki ölkənin mütəxəssislərinin bir araya gələcəyini bildirib.

O, eyni zamanda, Türkiyə və İranın köklü və tarixi əlaqələri olduğunu vurğulayıb və bu əlaqələri hər sahədə genişləndirmək və hər iki ölkəyə fayda verəcək şəkildə inkişaf etdirmək əzmində olduqlarını qeyd edib.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2022    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031