aztb.info
http://aztb.info
aztb.info

Prezidentin xüsusi nümayəndəsi: “Şuşanın infrastrukturunun inkişafı ilə bağlı yeni layihələr həyata keçiriləcək”

28-06-2022, 09:00 16 dəfə baxılıb

Prezidentin xüsusi nümayəndəsi: “Şuşanın infrastrukturunun inkişafı ilə bağlı yeni layihələr həyata keçiriləcək”


"Şuşanın bərpası işləri il yarımdan çoxdur, davam edir. Tarixi obyekt kimi bərpa olunur, yeni infrastruktur qurulur".

Report verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

“Üç məsciddə və bir sıra digər tarixi yerlərdə işlər davam etdirilir. Şuşada həmçinin ilk yaşayış kompleksinin tikintisinə də başlanılıb. Yaxın gələcəkdə şəhərin infrastrukturunun inkişafı üçün daha bir neçə yeni layihə həyata keçiriləcək, bunlar elektrik təchizatının yaxşılaşdırılması, su təchizatı və kanalizasiya şəbəkələrinin yaradılmasıdır. Onların layihələndirilməsi tamamlanma mərhələsindədir və yaxın vaxtlarda bu istiqamətdə işlərə başlanılacaq”, - A.Kərimov qeyd edib.

O, Şuşada beşulduzlu otelin tikintisinin sürətlə davam etdiyini, yeni otellərin də tikiləcəyini vurğulayıb.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2022    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031