aztb.info
http://aztb.info
aztb.info

Hikmət Hacıyev: “Ciddi qərarlar veriləcək”

22-10-2021, 12:21 17 dəfə baxılıb

Hikmət Hacıyev: “Ciddi qərarlar veriləcək”


"Türk Şurası növbəti sammitində yeniliyə imza ataraq daha ciddi bir quruma çevriləcək".
Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Türkiyədə keçirilən Türk Şurası Media Forumunda  çıxışı zamanı deyib.

Onun sözlərinə görə, forumun Zirvə toplantısından öncə keçirilməsi çox mühüm əhəmiyyət kəsb edir.

“Bir neçə həftə sonra dövlət başçılaırnın iştirakı ilə Türk Şurasının Zirvə görüşü  keçiriləcək  və   təşkilatın gələcək fəaliyyəti istiqamətində ciddi qərarlar veriləcək”, - Hacıyev qeyd edib.

O əlavə edib ki, Türk Şurası 2009-cu ildə  Naxçıvanda imzalanamış sazişlə yola çıxdı. 

“Dünyada beynəlxalq təşkilatlar çoxdur. Ancaq Türk Şurasını digər  beynəlxalq təşkilatlardan fərqləndirən cəhətlər çoxdur.  Digər təşkilatlar daha çox siyasi, iqtisadi və digər maraqlar üzərində qurulur. Türk Şurasının yaranmasının qayəsində və fəlsəfəsində ilk növbədə bizim qardaşlığımız, ortaq milli-mədəni dəyələrimiz, tarixi keçmişimiz dayanır. Bax Türk Şurasının gücü bundan ibarətdir.  Tarixdən gələn dostluğumuzu, qardaşlığımız irəliyə aparan bir təşkilatdır. Düzdür, burada  digər maraqlar da mövcuddur. Odur ki növbəti sammitdətəsisatlanaraq daha  güclü mövqeyə çıxmaq üçün qərarlar veriləcək”, - Hacıyev bildirib.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aralık 2021    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031