aztb.info
http://aztb.info
aztb.info

Koronavirusun alimləri çaş-baş qoyan xüsusiyyəti açıqlandı

19-01-2022, 08:40 45 dəfə baxılıb

Koronavirusun alimləri çaş-baş qoyan xüsusiyyəti açıqlandı


Koronavirusun təbiətində elmə məlum olmayan bir mexanizm var. Belə ki, pandemiyanın hansısa mərhələsində  yoluxma qəfil azalır, sonra yenidən artmağa başlayır.

Oxu.az xəbər verir ki, bunu Rusiyanın N.F.Qamaleya Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzinin baş elmi işçisi Anatoli Altşteyn bildirib.

“Niyə yüksəlməsi başa düşüləndir - bu epidemiya prosesdir: virus həssas ev sahibi tapır və yayılır. Bəs niyə xəstələnmə dalğasında qəfil azalma olur?”, - deyə o, təəcübünü bildirib.

Epidemioloqun fikrincə, bu, epidemiyanın müəyyən mərhələsində virusun yoluxuculuğunu azaldan mexanizmlə izah oluna bilər.

“Məsələn, virus nə qədər sürətli çoxalırsa, onun genomu neytral və zərərli mutasiyalar nəticəsində bir o qədər çox zədələnir, bu da onun yoluxuculuğunu azaldır. Belliklə, yoluxma azalır. Sonra yeni variant gəlir və dalğa yenidən davam edir”, - o, düşüncələrini bölüşüb.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mayıs 2022    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031