aztb.info
http://aztb.info
aztb.info

Ağsu Rayon İcra Hakimiyyətində şəhid Quluzadə Kamran Pərviz oğlunun ordeni ailəsinə təqdim edilib

10-08-2022, 18:21 27 dəfə baxılıb

Ağsu Rayon İcra Hakimiyyətində şəhid Quluzadə Kamran Pərviz oğlunun ordeni ailəsinə təqdim edilib


10 avqust 2022-ci il tarixdə Ağsu Rayon İcra Hakimiyyətində təşkil olunmuş tədbirdə Vətən müharibəsi şəhidi Quluzadə Kamran Pərviz oğlunun ordeni ailəsinə təqdim edilmişdir. Belə ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov ilə yanaşı, Dövlət Təhlükəsizlik Xidmətinin Ağsu rayon şöbəsinin rəisi F.Təhməzov, SHXÇDX-nin Ağsu rayon şöbəsinin rəisi A.Xancanov, Əlahəddə Ümumqoşun ordusunun zabiti, polkovnik-leytenant B.Xalıqov və şəhidin ailə üzvləri iştirak etmişdir.

     Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək bildirdi ki, bu gün ölkəmizdə ordu quruculuğuna xüsusi diqqət yetirilir. Bu sahədə görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsidir ki, Vətən müharibəsi bizim Böyük Qələbəmiz ilə başa çatdı.

     Vurğulanıb ki, bu Qələbədə xüsusi igidlik və şücaəti olmuş oğullarımızdan biri də Ağsu rayonunun Gəgəli kəndindən olan Xüsusi Təyinatlı Qüvvələrin leytenantı, şəhid Quluzadə Kamran Pərviz oğludur. O, ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə, qəhrəmanlıq nümunəsinə, həmçinin igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamı ilə Kamran Quluzadə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

     Daha sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni şəhidin atası Pərviz Quliyevə təqdim olunub.

     Şəhidin valideynləri övladlarına verilən bu yüksək qiymətə, bütün şəhid ailələrinə göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildiriblər.









Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2022    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930