aztb.info
http://aztb.info
aztb.info

Ağsu rayonunda şəhid Rüfət Fətəlizadənin anım mərasimi keçirilib

10-08-2022, 18:21 27 dəfə baxılıb

Ağsu rayonunda şəhid Rüfət Fətəlizadənin anım mərasimi keçirilib


10 avqust 2022-ci ildə Ağsu rayonunun Padar kəndindən olan şəhidi Fətəlizadə Rüfət Nazim oğlunun anım mərasimi keçirilmişdir. Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər Şəhidlər Xiyabanını ziyarət edərək şəhidin məzarı önünə gül dəstələri qoymuşlar və şəhidin ruhuna dualar oxunmuşdur.

     Daha sonra RİH başçısı Rövşən Bağırov şəhid Rüfət Fətəlizadənin göstərdiyi qəhrəmanlıq yolundan, onun igidliyindən və Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən söhbət açmışdır. RİH başçısı vurğulamışdır ki, şəhid  Fətəlizadə  Rüfət  Nazim  oğlu  10 avqust  2014-cü ildə  cəbhənin Tovuz  rayonu  istiqamətində  düşmənin  xain hücumunu  dəf  edərkən qəhrəmancasına  şəhid  olmuş və ölümündən sonra "Hərbi xidmətdə  fərqlənməyə  görə"  3-cü  dərəcəli medalı ilə təltif olunmuşdur.

     Şəhidin atası N.Fətəlizadə öz çıxışında ölkə başçısı cənab İlham Əliyevə şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə dərin təşəkürrünü bildirmişdir.

     Tədbir şəhidin doğulduğu Padar kəndində ev muzeyini ziyarətlə davam etmişdir.














Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2022    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930