aztb.info
http://aztb.info
aztb.info

Hacı Şahin Hüseynov: İqtisadiyyatımızın inkişafı, abadlıq və quruculuq işləri, şəhər və kəndlərimizin simasının dəyişməsi sübut edir ki, Prezident İlham Əliyev Heydər Əliyev yolunu çox böyük uğurla davam etdirir

8-08-2022, 14:40 91 dəfə baxılıb

Hacı Şahin Hüseynov: İqtisadiyyatımızın inkişafı, abadlıq və quruculuq işləri, şəhər və kəndlərimizin simasının dəyişməsi sübut edir ki, Prezident İlham Əliyev Heydər Əliyev yolunu çox böyük uğurla davam etdirir


Kompleksin direktoru Hacı Şahin Hüseynov tarixi abidələr və turizm sahəsində geniş biliyə malik olan ziyalı bir insandır. O, bir çox Avropa ölkələrində və ABŞ-da keçirilən beynəlxalq turizm tədbirlərinin iştirakçısıdır. H.Ş.Hüseynov direktor kimi fəaliyyət göstərdiyi 23 il ərzində Şəki karvansarayı xeyli məşhurlaşıb. Şəraitin, xidmət mədəniyyətinin yüksəldilməsi, eyni zamanda ilkin ənənələrin qorunub-saxlanılması nəticəsində karvansaray istər respublika daxilindən, istərsə xarici ölkələrdən gələn qonaqların ən yaxşı istirahət yerinə çevrilib. Yaponiya, Çin, Tayvan kimi uzaq ölkələrdən, Avropa və Ərəb ölkələrindən, hətta Amerikadan da turistlər qəbul edən karvansaray işçiləri çalışırlar ki, bütün qonaqlar buradan öz vətənlərinə xoş təəssüratlarla qayıtsınlar. Kompleksdə ingilis, alman və ərəb dillərini bilən mütəxəssislər də çalışır.
Direktor H.Ş.Hüseynov Şəkidə bir ağsaqqal səviyyəli nüfuza malik şəxsdir. Təkcə ona görə yox ki, vəzifəsini əla icra edir. Həm də bu səbəbdən ki, Hacı Şahinin vətənsevərliyi, doğma elinə vurğunluğu çoxlarına örnəkdir. O, Şəkini böyük turizm mərkəzi kimi görmək arzusuyla yaşayır. Bu məqsədlə çox işlər görür, təkliflər verir. Onun Şəki şəhərində turizmin inkişafına dair maraqlı konsepsiyası da var. Hacı Şahinlə söhbətimiz zamanı o, müəyyən qədər həmin məsələlərə də toxundu.




H.Ş.Hüseynov konkret olaraq Şəki rayonunda turizm sisteminin maddi-texniki bazasının inkişafı ilə bağlı konseptual fikirlərini bu cür təsnifləşdirdi:

1. Şəkidə Aşağı karvansarayı da əsaslı təmir etdirməklə işlək vəziyyətə gətirmək. Bu karvansarayda "Zorxana" rəqsi və digər folklor nümunələri əsasında turistlərə konsert proqramları göstərməklə bu tarixi abidələrin imkanlarından istifadə etmək. Bölgənin bütün tarix və memarlıq abidələrində restavrasiya işləri aparmaq.

2. Atla gəzinti üçün Böyük Qafqaz dağlarının cənub ətəklərindəki keçidləri və cığırları səliqəyə salmaq, təhlükəli keçid yelrərində kiçik taxta körpülər düzəltdirmək. Dağ keçisi ovu zonalarını müəyyənləşdirmək.

3. Ekoturizm marşrutlarını müəyyən etməklə yanaşı, təbiətin dilbər guşələrində turistlərin qısamüddətli dayanması, əylənməsi və iaşə xidmətindən istifadəsi üçün dəyələrdən, alaçıqlardan, çadırlardan istifadə etmək. Piknik keçirmək üçün şəlalələrin ətrafında, bulaqların başında, mənzərəli yamaclarda və s. məxsusi yerlərin dəqiqləşdirilməsi.

4. Arxeoloji qazıntılardan əldə edilmiş maddi-mədəniyyət qalıqlarının ayrıca muzeyini yaratmaq.

5. Yerli sənətkarların əl işlərinin satılmasını müntəzəmliklə təşkil etmək. Keçmiş sənət növlərinin turistlərə göstərilməsi üçün kompleks iş yerləri, sexlər və dükanların bir cərgədə olmasını təmin etmək.

6. Turist marşrutlarından keçən şosse yollarının hər 50 kilometrliyində dincəlmə yerləri, nümunəvi tualetlər, yuyunma yerləri, benzindoldurma məntəqələri və s. kiçik xidmət vasitələri yaratmaq.

7. Turizmlə əlaqədar olaraq elektrik enerjisinin fasiləsiz verilməsi, təbii qazdan istifadə və s. zəruri məsələlərin dövlət səviyyəsində qaydaya salınması








Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2022    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930