aztb.info
http://aztb.info
aztb.info

Qobustan rayonunda əhalinin problemləri yerində həll olunur - ÖZƏL

29-06-2022, 12:33 55 dəfə baxılıb



Cəyirli kənd sakinləri ilə növbəti səyyar qəbul


WhatsApp Image 2022-06-22 at 14.16.57.jpeg

Qobustan Rayon İcra Hakimiyyəti başçısının Cəyirli kənd sakinləri ilə növbəti səyyar qəbulu keçirildi.
  Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul şəxsləri, bələdiyyə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
RİH başçısı Adil Məmmədov görüş iştirakçılarını salamladıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə məlumat verdi. 
  Daha sonra, Rayon İcra Hakimiyyəti  başçısı Adil Məmmədov görüşdə iştirak edən sakinlərin müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Cəyirli kənd sakinləri ilə növbəti səyyar qəbul
Cəyirli kənd sakinləri ilə növbəti səyyar qəbul
Cəyirli kənd sakinləri ilə növbəti səyyar qəbul
Cəyirli kənd sakinləri ilə növbəti səyyar qəbul
Cəyirli kənd sakinləri ilə növbəti səyyar qəbul


Qobustan rayonunda Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatının hesabat konfransı keçirilib


50ca38b7-7841-4101-b90b-008c07390ee9.jpg

Qobustan rayonunun Ağsaqqallar Şurasının illik hesabat konfransı keçirilib.
  Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, Milli Məclisin deputatı, professor Eldar İbrahimovun iştirakı ilə keçirilən tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Azərbaycan Ağsaqqallar Şurasının böyük məsləhətçi-hüquqşünası Kamal Əliyev, rayon ağsaqqalları, şəhid ailələrinin üzvləri və qazilər, o cümlədən digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
  Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Konfransda torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimovu və digər tədbir iştirakçılarını salamlayaraq ağsaqqalların ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı əvəzedilməz rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıblar. Gənclərin vətənpərvərlik ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyacın olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
  Sonra Qobustan Rayon Ağsaqqallar Şurasının sədri Şıxbala Bayramovun hesabat məruzəsi dinlənilib. Sədr məruzəsində Rayon Ağsaqqallar Şurasının son bir illik fəaliyyətindən geniş söhbət açıb, keçirilən görüşlərdən, gənclərlə aparılan maarifləndirici işlərdən, şəhid ailələrinə və qazilərə göstərilən mənəvi dəstəkdən bəhs edib. Vurğulayıb ki, onların işinə ciddi maneələr yaradan koronovirus pandemiyası artıq zəiflədiyi üçün gələcək fəaliyyətlərini daha intensiv və əhatəli şəkildə quracaqlar.
Konfranslarda Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimov Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin salamlarını tədbir iştirakçılarına çatdıraraq, dövlət başçısı cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizin inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların əhəmiyyətli rolundan danışıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində qazandığı böyük Qələbədən bəhs edən natiq Zəfərlə başa çatan bu müharibənin dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri olduğunu vurğulayıb, həmçinin şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan söz açıb. Eldar müəllim onu da qeyd edib ki, tarixi Qələbəmizdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə işğaldan azad olunmuş rayonlarımızda hava limanlarının, xeyli sayda sosial və digər obyektlərin açılışı, yaşayış komplekslərinin, binaların təməllərinin qoyulması hər bir azərbaycanlıda yüksək qürur hissi yaradır və bu, Böyük Qayıdışın tez bir zamanda həyata keçiriləcəyindən xəbər verir.
  Hesabatların qənaətbəxş olduğunu qeyd edən natiq Respublikamızın hər bir bölgəsində olduğu kimi, Qobustanda da ağsaqqalların rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərdiklərini, gənclərin dövlətə və dövlətçiliyə bağlılığı istiqamətində üzərlərinə düşən şərəfli vəzifələri vicdanla və məsuliyyətlə yerinə yetirdiklərini vurğulayıb. Eldar İbrahimov Ulu Öndər Heydər Əliyevin ağsaqqallara göstərdiyi yüksək diqqət və qayğının hazırda dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirildiyini qeyd edərək, bu həssas münasibətə görə onlara öz minnətdarlığını ifadə edib.
Konfransda çıxış edən digər natiqlər tədbirin keçirilməsinin önəmindən danışaraq qeyd ediblər ki, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbədə Qobustan gənclərinin də böyük payı olub. Bu gənclərin vətənpərvərlik ruhunda böyüməsində ağsaqqallarımızın mənəvi dəstəyinin və öyüd-nəsihətlərinin önəm daşıdığını qeyd edən çıxışçılar dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursu həmişə dəstəklədiklərini bildiriblər.
Qobustan rayonunda Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatının hesabat konfransı keçirilib
Qobustan rayonunda Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatının hesabat konfransı keçirilib
Qobustan rayonunda Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatının hesabat konfransı keçirilib
Qobustan rayonunda Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatının hesabat konfransı keçirilib
Qobustan rayonunda Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatının hesabat konfransı keçirilib
Qobustan rayonunda Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatının hesabat konfransı keçirilib
Qobustan rayonunda Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatının hesabat konfransı keçirilib

Bədəlli kənd sakinləri ilə növbəti səyyar qəbul


WhatsApp Image 2022-06-16 at 14.33.12.jpeg

Qobustan Rayon İcra Hakimiyyəti başçısının Bədəlli kənd sakinləri ilə növbəti səyyar qəbulu keçirildi.
  Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul şəxsləri, bələdiyyə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
RİH başçısı Adil Məmmədov görüş iştirakçılarını salamladıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə məlumat verdi. 
  Daha sonra, Rayon İcra Hakimiyyəti  başçısı Adil Məmmədov görüşdə iştirak edən sakinlərin müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Bədəlli kənd sakinləri ilə növbəti səyyar qəbul
Bədəlli kənd sakinləri ilə növbəti səyyar qəbul
Bədəlli kənd sakinləri ilə növbəti səyyar qəbul
Bədəlli kənd sakinləri ilə növbəti səyyar qəbul





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2022    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031