aztb.info
http://aztb.info
aztb.info

Ruslan Fərzəliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır

28-06-2022, 10:06 114 dəfə baxılıb



Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Yeni Suraxanı qəsəbə inzibat ərazi dairəsi üzrə nümayəndəsi Ruslan Fərzəliyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Yeni Suraxanı qəsəbə inzibat ərazi dairəsi üzrə nümayəndəsi Ruslan Fərzəliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Ruslan Fərzəliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Yeni Suraxanı qəsəbə inzibat ərazi dairəsi üzrə nümayəndəsi Ruslan Fərzəliyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Yeni Suraxanı qəsəbə inzibat ərazi dairəsi üzrə nümayəndəsi Ruslan Fərzəliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Ruslan Fərzəliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Ruslan Fərzəliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Ruslan Fərzəliyevdən danışdılar yaxşı ki, Ruslan Fərzəliyev Yeni Suraxanı qəsəbə inzibat ərazi dairəsi üzrə nümayəndəsidir… Ruslan Fərzəliyev öz isguzarlığı ilə tanınır və seçilir….

Ruslan Fərzəliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Ruslan Fərzəliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Ruslan Fərzəliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Ruslan Fərzəliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Ruslan Fərzəliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Ruslan Fərzəliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Yeni Suraxanı qəsəbə inzibat ərazi dairəsi üzrə nümayəndəsi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Ruslan Fərzəliyev özünü doğruldub. Bizdə hörmətli Ruslan Fərzəliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Yeni Suraxanı qəsəbə inzibat ərazi dairəsi üzrə nümayəndəsi Ruslan Fərzəliyev - Hərb meydanında tarix yazmış və tarixə yazılmış qalib ordu. 

Ruslan Fərzəliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır


Qəlbi Vətən sevgisi ilə döyünən hər bir azərbaycanlı qürurla və fəxrlə söyləyir: qüdrətli Azərbaycanın qalib Ordusu iftixar mənbəyimizdir. Bəli, hər bir vətənpərvər azərbaycanlı özünü Ali Baş Komandanımızın əsgəri, Vətənin müdafiəçisi kimi görür, dövlətə və ordumuza prinsipial dəstək verir.

Döyüş meydanında sözünü demiş, gücünü göstərmiş Azərbaycan Ordusu dünyanın ən qüdrətli orduları sırasındadır. Ölkəmizin strateji üstünlüklərindən biri olan bu reallıq Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu nizami və güclü ordu quruculuğu siyasətinin Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində yaranıb.

Ulu Öndərin ordu quruculuğu sahəsində xidmətləri müstəsna və tarixi əhəmiyyətə malikdir:

- Ümummilli Lider Heydər Əliyev tərəfindən hələ SSRİ dönəmində ordu quruculuğu istiqamətində bir sıra mühüm addımlar atılıb. Cəmşid Naxçıvanski adına hərbi məktəbin o dövrdə Bakıda açılması Ümummilli Liderin xidmətlərinin nəticəsi idi. Həmin məktəb peşəkar hərbçi-kadrların yetişməsi işinə müstəsna töhfələr verib və bu gün də müstəqil Azərbaycanın Ordusu üçün zabitlər hazırlayır;

- Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğu sahəsinə də böyük diqqət ayırıb. Ordu vahid komandanlıq ətrafında birləşdirilib və nizami ordu yaradılıb. Ordu quruculuğu prosesinin, müasir dövrün tələblərinə cavab verə biləcək Silahlı Qüvvələrin formalaşmasının bünövrəsi məhz Ümummilli Liderimiz tərəfindən qoyulub.

Prezident İlham Əliyev qüdrətli Azərbaycan naminə güclü ordu formalaşdırmaq missiyasını uğurla həyata keçirib. Konkret olaraq:

- Reallaşdırılan tədbirlərin nəticəsi kimi, Azərbaycan Ordusu yüksək döyüş hazırlığına nail olub, istənilən döyüş tapşırığını yerinə yetirmək, ölkəni müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir hərbi strukturu sayılır;

- Prezident İlham Əliyev Azərbaycanda ordu quruculuğu çərçivəsində hərbi məktəblərin fəaliyyətinə böyük önəm verir. Bu isə bəhs olunan sahədə tədris prosesinin sistemli şəkildə və ardıcıllıqla davam etdirilməsinə, nəticə etibarı ilə kadr potensialının inkişafına, orduda peşəkarlığın daimi olaraq artırılmasına imkan yaradır. Bundan başqa, Azərbaycan zabitləri NATO standartlarına uyğun olaraq hərbi təlimlərdə iştirak edirlər. Hərbçilərimiz bir çox ölkələrdə təcrübələrini artırırlar, gənclərimiz ayrı-ayrı ölkələrə hərbi təhsil almağa göndərilirlər. Bütövlükdə, bu gün kadr potensialının inkişafı, orduda peşəkarlığın daimi olaraq yüksəldilməsi Silahlı Qüvvələrimizin gücünü artıran çox əhəmiyyətli amildir;

- ölkəmizdə hərbi sənaye kompleksinin inkişafı istiqamətində sistemli və məqsədyönlü tədbirlərin həyata keçirilməsi xüsusi önəm daşıyır. Son illər ərzində respublikada bir çox hərbi zavod yaradılıb və bu zavodlarda çoxsaylı hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz edilir. Eyni zamanda, Azərbaycan artıq hərbi məhsullarını ixrac etməyə başlayıb. Şübhəsiz ki, Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir.

Bütün bunların nəticəsidir ki, Azərbaycan Ordusu öz gücünü döyüş meydanında göstərib. 2016-cı ildə Aprel döyüşləri, 2018-ci ildə isə Günnüt əməliyyatı zamanı tarixi qələbələr qazanan Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Ermənistanın silahlı qüvvələrini darmadağın etməsi tarixi zəfərdir. Bu, müzəffər ordumuzun öz tarixi missiyasını uğurla yerinə yetirdiyini göstərir.

Yeni mərhələdə də ordu quruculuğu xüsusi diqqət mərkəzindədir. Müasir tələblərə cavab verən silah-sursat, texnikalar alınır, həmçinin yeni silahlı birləşmələr yaradılır. Komando Briqadasının yaradılması isə olduqca önəmlidir. Bir sözlə, hərbi gücümüzün artırılması postmüharibə dönəmində də strateji prioritetlərdən biridir.

Şübhəsiz ki, hərb meydanında tarix yazmış və tarixə yazılmış qalib Azərbaycan Ordusu bundan sonra da öz üzərinə düşən vəzifələri şərəflə və ləyaqətlə yerinə yetirmək gücündə, əzmində və iqtidarındadır. Biz şanlı Ordumuza inanır, Müzəffər Ali Baş Komandanımıza güvənir, tarixi Zəfərimizlə fəxr edirik!





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2022    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031