aztb.info
http://aztb.info
aztb.info

NRS oteldir yoxsa əxlaqsız yuvası?

28-06-2022, 09:51 128 dəfə baxılıb

İnsanlığa  yaraşmayan rəzalət , xəcalət və bədbəxtçiliyə sürüklənən fəlakət - VİDEO


Çox təəssüflər olsun ki bu gün ölkəmizdə heç də hamı kimi düşünməyən, öz çirkin məqsədləri üçün daim pul qazanmağı özlərinə borc bilən yüzlərlə işbazlar fəaliyət göstərirlər.

Belə insanların yalnız bir məqsədləri olur. Nəyin bahasına olursa olsun,nə olursa olsun ancaq pul qazanmaq məqsədi güdülür. Belə insanlar üçün nə Vətən məfhumu, nə də xalq qeyrətini çəkmək anlamı vardır. Əxlaqsız yuvaları saxlamaqla qadın biznesi ilə məşğul olur, qadınları pis vərdişə düçar edirlər. Nəticədə haram -kələkli yollarla qazandığı pullarla eyn -işrət sahiblərinə çevrilirlər. Bahalı maşınlarda gəzərək evlərinə qayıdanda da bahalı marketlərdən bahalı bazarlıq edərək ailələrinə öz "halal"zəhmətlərindən
kefləri istədiyi nemətləri yedizdirirlər. Hələ hərdəndə qohum -qonşunun, tanış -bilişin yanında lovğalana -lovğalana öz bacarıqlarından ucadan danışıb fəxr edirlər.

Günümizin əsas qəhrəmanları Bakı şəhəri Nərimanov rayonu Dərnəgül ərazisində taxta-şalban satılan yerin əhatə dairəsində Sabirabad oteli kimi tanınan NRS -kimi adla reklam olunan və neçə ulduzluğuda bilinməyən otelin tanımadığımız naməlum sahibləri, işlədənləridi.

Redaksiyamıza gələn məlumatın doğruluğunu yoxlamaq məqsədi ilə bizə izah olunan ünvana əməkdaşlarımızı yolladıq . Doğrusu inanmadıq. İşləməsinə qadağa qoyulan iaşə obyektinin, əxlaqsız yuvasına çevrilmiş bir otelin açıq aydın işləməsini gördükdə təəcübləndik. Əməkdaşlarımız bir jurnalist araşdırması apararaq video çəkiliş aparmışlar. Videodan göründüyi kimi otelin əməkdaşları ilə bizim jurnalist kimi tanımadıqları əməkdaşlar arasında qiymət sövdələşməsi gedir, menyu oxunur və bəzi şeylər bizimkilərə izah edilir. Həmin video növbəti sayımızda yayımlanacaq.

Sanki burada dövlətin qanunları yox, özlərinin qoyduğu qaydalar işləyir.  Gigiyenik qaydalara əməl olunmur. Anti sanitariya qaydaları baş alıb gedır. Bu otelin açıq aydın əxlaqsız yuvası kimi fəaliyyət göstərməsi tam çılpaqlığı ılə sezilir. Ora gələn maşınların içərisindən yalnız sürücü ilə qadının ikisinin çıxması şübhələrimizin doğruluğunun təsdiqini tapır. Bütün bunlar videodan açıq aydın görünür.

Doğrudanda çox acınacaqlı bir mənzərə yaranmışdı. Bu bir rəzalət bəlkədə əsil xəcalət idi. Obrazlı şəkildə desək çox paradoks görünürdü. Bu fəlakət idi. Bu bir neçə azərbaycan vətəndaşlarının ölkəmizdə baş verən hadisələrə laqeydliyi, biganəliliyi və ürək ağrıtmaması- yanmaması qənaətini verirdi. Bunlar haramzadə işlərlə məşğul olub qayda qanunları pozurlar, cənab prezidentin tövsiyyələrini,tapşırıqlarını qulaq ardına vuraraq insanların cinsi istismara cəlb edilməsi və onlar üçün əlverişli şərait yaradıb əxlaqsız yuvalarının çiçəklənməsi biznesi ilə canı-dildən məşğul olurlar.

Sanki bu insanlar bu ölkədə yaşamırlar. Çörəyini yediyi, suyunu içdiyi, üstündə lovğa-lovğa gəzdiyi bu torpaq bu Vətən onunku deyil.
Görəsən bu əraziyə cavabdeh olan hüquq mühafizə orqanları hara baxır? Ümumiyyətlə onların bu işlərdən xəbərləri varmı?
Bu məkan kimlər tərəfindən himayə olunur? Nə insanlığa nə müsəlmançılığa, nə də azərbaycançılığa yaraşmayan şərəfsiz işlərlə məşğul olub, şərəfdən -qeyrətdən danışmaq əsil azərbaycan kişisinə yaraşmaz. Bu bir biabırçılıq, rüsvayçılığdır.

Son olaraq Azərinfo.az ailəsi olaraq bu məsələni daim diqqət mərkəzində saxlayacaqıq, qanunun bizə verdiyi hüquqlardan istifadə edərək jurnalıst araşdırmalarımızı davam etdirəcəyik. İctimai nəzarətin bir qolu olaraq hər zaman Dövlətimizə -Dövlətçiliyimizə dəstək nümayiş etdirəcəyik. Qanun hamı üçün -hamı isə qanun qarşısında bərabərdir.

Qarşı tərəfində mövqeyini öyrənməyə dinləməyə və dərc etməyə hazırıq.
 





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2022    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031