aztb.info
http://aztb.info
aztb.info

Ağsu ictimaiyyəti 20 Yanvar şəhidlərinin xatirəsini anıb

21-01-2022, 12:02 123 dəfə baxılıb

Ağsu ictimaiyyəti 20 Yanvar şəhidlərinin xatirəsini anıb


Ağsu şəhərindəki Qəhrəmanlıq parkında rayon ictimaiyyətinin nümayəndələri Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin qanla yazılan şanlı tarixi olan 20 Yanvar faciəsinin 32-ci ildönümünün qeyd ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyi, ziyalılar, gənclər, idarə, müəssisə və təşkilatların nümayəndələri əvvəlcə parkdakı məşəlin qarşısına əklil qoyublar. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda 1990-cı il 20 Yanvar faciəsinin dağılmaqda olan sovet imperiyasının xalqımızın azadlıq uğrunda dinc mübarizəsinə qarşı yönəldilən bir qəsd olduğu vurğulanıb. Qeyd edilib ki, o vaxt Bakıya yeridilən xüsusi hərbi hissələr ağır texnikadan istifadə edərək dinc, əliyalın insanlara qarşı görünməmiş vəhşiliklər törədib, nəticədə yüzlərlə vətəndaş, o cümlədən qocalar, qadınlar, uşaqlar, hətta xidməti vəzifəsini yerinə yetirən tibb işçiləri qətlə yetirilib, yaralanıb.

Qeyd olunub ki, televiziyanın enerji blokunun partladılaraq ölkəmizin informasiya blokadasında saxlandığı bir vaxtda xalqımızın qəhrəman oğlu, ümummilli lider Heydər Əliyev Moskvada Azərbaycan nümayəndəliyinə gələrək heç bir təhlükədən çəkinmədən bəyanatla çıxış edib, hadisələrə hüquqi-siyasi qiymət verib.

Natiqlər təpədən dırnağadək silahlanmış imperiya qüvvələrinə qarşı çıxan azadlıq mücahidlərinin – qəhrəman oğul və qızlarımızın xatirəsinin daim qəlblərdə yaşayacağını söyləyib, 20 Yanvar hadisələrinin Vətənimizin azadlığı uğrunda mübarizənin şanlı tarixi olduğunu vurğulayıblar.

Sonra rayon mədəniyyət işçilərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov Prezidentin sərəncamları ilə Vətən müharibəsi şəhidləri İsmət Qismətoğluna verilən “Azərbaycan bayrağı” və Zülfüqar İsmət oğlu Qubatova verilən 3-cü dərəcəli “Rəşadət” ordenlərini onların valideynlərinə təqdim edib.

Sonra tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş ağsuluların uyuduğu Şəhidlər xiyabanına gəlib, məzarların üstünə çiçəklər düzüb, xatirələrini ehtiramla yad ediblər.







Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mayıs 2022    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031