aztb.info
http://aztb.info
aztb.info

Qanlı yanvar hadisələrinin coğrafiyası təkcə Bakı şəhəri ilə məhdudlaşmadı

19-01-2022, 13:53 108 dəfə baxılıb




20 Yanvar faciəsi -1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23: 30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqaladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticəsində yüzlərlə insan qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü qırğındır.Fövqaladə vəziyyət əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirilmiş, 2 0 nəfəri ölümcül yaralamışlar.
Fövqaladə vəziyyət elan olunduqdan sonra yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqaladə vəziyyət elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkaranda daha 8 nəfər qətlə yetirilmişdir.
Qorbaçov və onun güc nazirləri yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeritməyi qərarlaşdırdılar. Gecəyarı fövqaladə vəziyyət tətbiq olundu. Lakin şəhər sakinləri bundan xəbərsiz idilər, çünki axşam saat 7 :30-da televiziya stansiyasının enerji bloku partladığından televiziya yayımı kəsilmişdir.Bu təxribatı çox güman ki, xüsusi xidmət orqanları təşkil etmişdilər. Nəticədə bakılıları əksəriyyəti fövqaladə vəziyyət barədə yalnız səhər saat 5:30-da Azadlıq radiosundan və vertolyotlardan atılmış vərəqlərdən xəbər tuta bildilər.
Lakin artıq çox gec idi. Gecəyarıdan çox keçməmiş əsgərlər və tanklar hərbi hissədən çıxıb şəhərə tərəf irəlilədilər. Şəhərə cənub tərərfdən daxil olan qoşunların böyük hissəsi yerli qarnizonlardan idi və şəhərə atəş açmadan girə bildilər. Şimaldan gələn qoşunlar şəhərə elə daxil oldular ki, elə bil Bakı düşmən əlində idi. Tanklar yollardakı avtomobilləri və hətta təcili yardım maşınlarını basaraq barrikadalardan keçirdi. Şahidlərin sözlərinə görə, əsgərlər qaçan adamları atəşə tutur ,yaralıları süngüləyir və güllələyirdilər .Dinc sakinlərlə dolu avtobuslar gülləbaran edildi, bir çox sərnişinlər, o cümlədən on üç yaşlı Larisa Məmmədova qətlə yetirildi.
SSRİ tarixində ilk dəfə idi ki, Sovet Silahlı Qüvvələri Bakıya hərbi müdaxilə etdilər. Bu həm Azərbaycan, həm də Sovet İttifaqı üçün böyük faciə oldu. Ordu hissələri cəmi bir neçə saat ərzində şəhəri tam nəzarətə aldılar.
Qanlı yanvar hadisələrinin coğrafiyası təkcə Bakı şəhəri ilə məhdudlaşmadı. Fövqaladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala,yanvarın 26-da Lənkaranda cəmi 8 nəfər qətlə yetirilmişdir.Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş,744 nəfər yaralanmış,841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil ,80 avtomaşın,o cümlədən təcili yardım maşınları,dövlət əmlakı və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında ziyan vurulmuşdur.
20 Yanvar faciəsinə ilk siyasi qiyməti Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali məclisi 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi.
Ulu Öndər Heydər Əliyev - ‘’Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm,sabah da həmin mövqedə olacağam.Birinci növbədə,ədalət naminə,eyni zamanda,Azərbaycan xalqının namusunu,şərəfini ,milli mənliyini qorumaq naminə.’’
1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi naminə Bakının Yasamal rayonundakı 20 yanvar dairəsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.
Azərbaycan xalqı 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxmış,Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarımızı unutmur.Hər il yanvarın 20 saat 12 00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur,gəmilərdən,avtomobillərdən və qatarlardan səs siqnalları verilir,hüzn əlaməti olaraq dğvlət bayraqları endirilir.
Maştağa qəsəbəsi, 255 saylı tam orta məktəbin müəllimi
Günel Həsənova





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mayıs 2022    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031