aztb.info
http://aztb.info
aztb.info

“Xızı-Abşeron” KES Azərbaycanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcək

19-01-2022, 12:27 60 dəfə baxılıb

“Xızı-Abşeron” KES Azərbaycanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcək



13 yanvar 2022-ci il tarixində ölkəmizin həyatında önəmli bir hadisə baş verdi. Bakıda Gülüstan sarayında Səudiyyə Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının (KES) təməlqoyma mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud iştirak ediblər. Təməlqoyma mərasimində çıxış edən cənab Prezident İlham Əliyev bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edib.
Bu stansiya Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaqdır. Bu stansiyanın gücü 240 meqavatdır və stansiya həm ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasına əlavə töhfə verəcək həm də eyni zamanda yeni iş yerlərinin yaradılmasına səbəb olacaq. Qeyd olunan stansiyanın tikilməsi ilə bağlı Azərbaycana yatırılan 300 milyon dollara yaxın sərmayə “ACWA Power” şirkətinin Səudiyyə Ərəbistanı hüdudlarından kənarda qoyduğu ən böyük sərmayədir. Stansiyanın külək enerjisindən əldə etdiyi 240 meqavatlıq güc 300 min evin elektrik enerjisi ilə təmin olunmasına şərait yaradacaq. Eyni zamanda 220 milyon kubmetr qaza qənaət olunacaq ki, bu da ildə 400 min ton karbon qazının atmosferə atılmasını azaldacaqdır. Bu Stansiyanın işə salınması Azərbaycanın 2030-cu ilə qədər bərpaolunan enerji mənbələri sayəsində istehsal olunan elektrik enerjisinin xüsusi çəkisinin 30 faizə çatdırılmasında mühüm töhfə olacaqdır. Bu layihə eyni zamanda “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” nın həyata keçirilməsində mühüm addımdır.
Bu gün bütün dünyada ətraf mühitin qorunması məsələsi ən vacib və əhəmiyyətli məsələlərdəndir. Bu baxımdan Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin - 10 min kvadratkilometr ərazinin “yaşıl enerji” zonası elan edilməsi son dərəcə təqdirəlayiq və önəmli bir haldır. Hazırda Cəbrayıl rayonunda böyük Günəş Elektrik Stansiyasının tikintisi ilə bağlı danışıqlar, müzakirələr aparılır. Bu stansiyanın enerji istehsalı potensialı da 240 meqavata bərabər olacaq. Dövlətimizin başçısı öz çıxışında bildirdi ki, aparılmış dəqiq təhlil nəticəsində işğaldan azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalının mümkün olduğu müəyyən edilib və bu da əlbəttə ki, çox böyük potensialdan xəbər verir.
Balaxanı qəsəbəsi, 69 saylı tam orta məktəbin
tarix müəllimi Xəyalə Əsgərli





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mayıs 2022    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031