aztb.info
http://aztb.info
aztb.info

Azərbaycanda yeni enerji növlərinin istehsalı üzrə ciddi işlər aparılır

19-01-2022, 12:25 63 dəfə baxılıb



Ölkəmizin həyatında çox önəmli hadisə baş verib. Yanvarın 13-də Azərbaycanda xarici investorların maliyyə vəsaiti hesabına Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməli qoyulub. Prezident İlham Əliyev hələ yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsinin gedişində bu hadisənin anonsunu verərək qeyd etmişdi ki, bu möhtəşəm tikinti üçün tələb olunan vəsaiti 100 faiz investorlar özləri təmin edəcəklər və bu, əlbəttə ki, ölkəmizin inkişafına, gələcəyinə olan inamın təzahürüdür. Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi, eləcə də bərpaolunan enerji növlərinin istehsalı kimi məsələlər dövlətimiz tərəfindən xüsusi diqqət mərkəzində saxlanılır. Məhz bu baxımdan da yeni inşa olunacaq Külək Elektrik Stansiyası (KES) həmin məsələlərin həllinə öz töhfəsini verəcəkdir.
Azərbaycan müstəqillik dövründə uzun illər ərzində öz enerji təhlükəsizliyinin təmin edilməsi üçün fəal çalışıb. Hazırda Azərbaycan dünyada nadir ölkələrdəndir ki, həm xam neft, həm təbii qaz, neft məhsulları və elektrik enerjisini daxili tələbatı ödəmək üçün tam istehsal edir və eyni zamanda, bu dörd məhsulu dünya bazarlarına ixrac edir. Bu isə o deməkdir ki, ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib. Digər tərəfdən, təbii qazın ildən-ilə artan ixracı və elektrik enerjisinin ixracı digər ölkələrin enerji təhlükəsizliyinə də müsbət təsir göstərir. Lakin ölkə əhalisinin artımı ilə, enerjiyə olan tələbat da artır. Buna görə də Azərbaycanda yeni enerji növlərinin istehsalı istiqamətində ciddi işlər aparılır. Bərpaolunan enerji növlərinin istehsalı enerji sahəsində dövlətin gündəliyində duran əsas vəzifələrdən biridir. Təbii ki, bu gün bütün dünyada, o cümlədən Azərbaycana qonşu ölkələrdə və Avropa ölkələrində də enerjiyə olan tələbat durmadan artır. Buna əhalinin say artımı amili ilə yanaşı, həm də bəzi ölkələrdə atom elektrik stansiyalarının və kömürlə işləyən elektrik stansiyalarının bağlanması ilə bağlı qəbul edilən qərarlar da təsir edir. Buna görə də qonşu ölkələrə elektrik enerjisi ixrac edən Azərbaycan bu ölkələrin enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır.
Bu gün Azərbaycanda formalaşmış gözəl investisiya iqlimi, ölkəmizin uğurlu inkişafı, ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik, əmin-amanlıq və təhlükəsizlik xarici investorlar üçün Azərbaycanı cəlbedici edir. Həmçinin Azərbaycanda xarici investisiyaların qorunmasının ən yüksək səviyyədə olduğunu da bütün dünyada yaxşı bilirlər. , Azərbaycana 10 milyardlarla dollar həcmində xarici sərmayə qoyulub və bu gün hətta dünyada hökm sürən maliyyə böhranı, pandemiya ilə bağlı iqtisadi fəallığın azalması kimi mənfi amillərin fonunda belə, ölkəmizə sərmayə qoyuluşu davam edir.
Vəliyev Elman, Abşeron Regional Elektrik Şəbəkəsi MMC-nin direktoru





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mayıs 2022    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031