aztb.info
http://aztb.info
aztb.info

İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır

19-01-2022, 12:24 162 dəfə baxılıb



Səudiyyə Ərəbistanı krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 mvt gücündə “Xızı-Abşeron” külək elektrik stansiyasının yanvarın 13-də təməl qoyma mərasimi keçirildi. Bu çox əlamətdar bir gün oldu. Azərbaycanda yeni külək elektrik stansiyasının təməli qoyuldu.
Bu mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etdi. Prezident İlham Əliyev bu münasibətlə Azərbaycan xalqını ürəkdən təbrik etdi.
Prezident İlham Əliyevin gördüyü işlər bütün dünya üçün nümunədir. İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Onun düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qrup yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır.
Külək enerjisi maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlidir. Külək istənilən ölkənin malik olduğu daimi təbii enerji mənbəyidir.
Azərbaycan uzun illərdir ki öz enerji təhlükəsizliyinin təmin edilməsi üçün çox çalışıb. Ölkəmiz dünya miqyasında nadir ölkələrdəndir ki, təbii qaz, xam neft, neft məhsulları, və elektrik enerjisini daxili tələbatı ödəmək üçün tam istehsal edir, bu məhsulları dünya bazarına ixrac edir. Azərbaycan həm daxili tələbatı ödəyir, həm də bütün qonşu ölkələrə elektrik enerjisini ixrac edir. Buna görə də külək elektrik stansiyasının yaradılması olduqca önəmlidir. Ətraf mühitə mənfi təsirin azaldılması istiqamətində bu stansiyanın çox böyük əhəmiyyəti olacaqdır. Həmçinin təbii qaza qənaitimiz ilə bağlı məsələlər də öz həllini tapacaqdır. Eyni zamanda çoxlu iş yerləri də yaradılacaqdır. Külək elektrik stansiyasının yaradılması 220 milyon kubmetr təbii qaza qənaət etməyə imkan verəcəkdir. Bu da atmosferə 400 min ton karbon qazının buraxılmasının qarşısını almaq deməkdir.
Bu günümüzün daha bir reallığı isə ondan ibarətdir ki, Azərbaycan sürətli inkişaf yolunda İlhamla, inamla irəliləyir, onu qarşıda daha möhtəşəm uğurlar gözləyir.
Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta məktəbin
biologiya müəllimi Yeganə Əliyeva





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mayıs 2022    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031