aztb.info
http://aztb.info
aztb.info

Yeni geosiyasi reallıqlar yaranıb

19-01-2022, 10:31 70 dəfə baxılıb



Dövlət başçısı İlham Əliyevin istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə hər bir müsahibəsi, çıxışı Azərbaycanın işğal dövründə üzləşdiyi ikili standartlara əsaslanan siyasət nəticəsində yaşadıqlarına, eyni zamanda, tarixi Zəfərimizdən, Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşmasından sonra yaranan yeni reallıqların regionda və dünyada qəbul olunmasına, Azərbaycanın diktə edən tərəf kimi mövqeyinin möhkəmlənməsinə işıq salır. Bu baxımdan ölkə Prezidentinin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsi də özündə bir çox məqamları, mesajları ehtiva edir. Hazırkı dövrün əsas məsələsi regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsidir. Azərbaycan tərəfinin Ermənistana sülh müqaviləsinin imzalaması ilə bağlı təklifi və işğalçı dövlətin hələ də tərəddüd içərisində qalması diqqətdədir. Bu tərəddüdə səbəb nədir? Təbii ki, Ermənistanın yenə də ATƏT-in Minsk qrupunun həmsədrlərindən təkliflər gözləməsidir. Reallıq budur ki, Dağlıq Qarabağ münaqişəsi artıq keçmişdə qalıb, yeni geosiyasi reallıqlar yaranıb. Dövlət başçısı İlham Əliyev sözügedən müsahibəsində müharibənin başa çatmasından ötən bir ildə beynəlxalq birliyin həmin reallıqların qəbulu ilə bağlı reaksiyasının qaneedici olduğunu bildirir. Həm işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə start verildi, həm də ədalətə və beynəlxalq hüquqa söykənərək münaqişənin artıq keçmişdə qaldığı, yeni səhifənin açılması zamanı olduğu təsdiqləndi. Daim irəli baxan Azərbaycan işğalçı Ermənistanı da keçmişlə yaşamamağa, gələcəklə bağlı addımlar atmağa çağırır.
Dünyanın əksər gücləri artıq baş verənləri görməzdən gəlmir, Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər. Dünya Azərbaycan xalqının öz torpağına nə qədər sadiq olduğunu, qurbanlar verməyə də, böyük riskə də nə dərəcədə hazır olduğunu gördü. Bütün bu kimi amillər ölkəmizə hörməti və etimadı daha da artırdı. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsi təkcə ərazilərin azad edilməsi, milli ruhun oyanması və ləyaqət hissinin qaytarılması demək deyil, bu, çox müsbət effektdir və daim müsbət təsir göstərəcək.
Ümumilikdə cənab İlham Əliyevin qeyd edilən müsahibəsi yeni dövrün yeni reallıqlarının təsdiqinin və qəbulunun təqdimatıdır.
Mikayılova Nərgiz, 72 saylı tam orta məktəbin tarix müəllimi





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mayıs 2022    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031