aztb.info
http://aztb.info
aztb.info

Quba rayon Polis Şöbəsinin rəisi Mehman Əliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır

1-12-2021, 14:13 92 dəfə baxılıb

Quba rayon Polis Şöbəsinin rəisi Mehman Əliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır


Quba rayon Polis Şöbəsinin rəisi Mehman Əliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Mehman Əliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Quba rayon Polis Şöbəsinin rəisi Mehman Əliyevdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Quba rayon Polis Şöbəsinin rəisi Mehman Əliyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Quba rayon Polis Şöbəsinin rəisi Mehman Əliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Mehman Əliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Mehman Əliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Quba rayon Polis Şöbəsinin rəisi Mehman Əliyev - Soçi görüşü Azərbaycanın növbəti qələbəsidir. Son illər Azərbaycanın beynəlxalq arenada uğurları silsilə xarakteri daşıyaraq prezident İlham Əliyevin parlaq daxili-xarici siyasətinin məqsədyönlü, məntiqi nəticəsi kimi dəyərləndirilir. 2019-cu ildən başlayaraq qısa müddət ərzində bütün ölkələri bürüyüb ağır zyanlar vuran koronavurus bəlası Azərbaycandan da yan keçmədi. Lakin bir çox ölkələrdən fərqli olaraq Azərbaycan nisbətən az ziyanla fəlakətdən yaxa qurtara bildi. Azərbaycan prezidentinin qabaqlayıcı tədbirləri ölkəmizdə bu xəstəlikdən ölüm hallarının minimum səviyyəyə düşməsi ilə nəticələnir. Bütün dünya bu fəlakətlə çırpışdığı zamanda Azərbaycan erməni təxribatlarına son qoymaqdan ötrü Ermənistanla müharibəyə başlamalı oldu. Tarixə 44 günlük müharibə adı ilə yazılan savaş müzəffər baş komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqlının parlaq qələbəsiilə başa çatdı. Qısa müddət ərzində qeyri adi qəhrəmanlıqrar göstərən Azərbaycan ordusu 540-a qədər şəhər, qəsəbə və kəndləri 30 illik əsarətdən xilas etdi. Bu günlərdə Azərbaycan xalqı öz rəhbəri ilə tarixdə indiyə qədər görünməyən dərəcədə birlik- vəhdət göstərərək dünya liderlərini düşünməyə öz konsepsiyalarına, hərbi strategiyalarına yenidən baxmağa məcbur etdi.

Zəfər paradı ilə başlayan Böyük qayıdışın addımları hər gün təməlatmalar,yol çəkilişləri, Şuşa bəyanatı,azad olunan ərazilərə mütəmadi səfərlər,xarici şirkətlərin abadlıq işlərində iştirak üçün müraciətlərin də, beynəlxalq aerapotların açılışında, mədəni tədbirlərin, beynəlxalq tədbirlərin keçirilməsində,dünya media nümayəndələrinin azadolunan ərazilərə axınında hiss olunur Azərbaycanın dostlarını sevindirir, düşmənlərini sözün əsil mənasında mat qoyur.

Dövlətimizin başçısı noyabrın 26-da Rusiyanın Soçi şəhərinə səfər edərək, əvvəlcə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşdü, sonra isə Rusiya lideri və məğlub ölkənin baş naziri ilə üçtərəfli görüşdə iştirak etdi. Bu görüşlərdə Prezident İlham Əliyev müdrikliyini, qətiyyətini, Azərbaycanın milli maraqlarının onun üçün əsas məsələ olduğunu dünyaya bir daha nümayiş etdirdi. Bir daha hər kəsin gözü qarşısında tarix yazdı. İlham Əliyev görüş zamanı deyib:"Hesab edirəm ki, bu, hələlik yerinə yetirilməmiş mühüm məsələlərdən biridir. Ona görə ki, keçən il noyabr ayında qəbul edilmiş və imzalanmış üçtərəfli Bəyanatın praktiki olaraq bütün bəndləri yerinə yetirilib. Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiya edilməyib. Buna görə də biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırıq. Üstəlik, biz Ermənistan tərəfinə açıq təklif etmişik ki, qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşular kimi yaşamağı, yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlayaq." Prezident İlham Əliyevin qətiyyətli, səlis rus dilində danışdığı vaxt Ermənistan prezidentinin davranışı,baxışları mətbuatın diqqətindən kənarda qalmayıb. Görüşdə Prezident Əliyev bildirib k, bu il ərzində Azərbaycan müharibənin nəticələrinin aradan qaldırılması və kommunikasiyaların bərpası işində "maksimum konstruktivlik" nümayiş etdirib.

Azərbaycan ona qucaq açan, onunla bərabərhüquqlu tərəfdaş kimi davranan hər bir dövlətlə ikitərəfli münasibətlərə, əməkdaşlıq əlaqələrinə daim böyük önəm verib və bu gün də əməli addımları ilə bu kursuna sadiqdir. Buna görə də görüş zamanı Azərbaycan respublikasının Rusiya federasiyası ilə hər gün daha da möhkəmlənən siyasi-iqtisadi əlaqələr haqqında da qeydlər edilib. İlham Əliyev bölgədə yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyətini yüksək qiymətləndirib.Həmçinin Rusiya Azərbaycan ticarət dövriyyəsinin 2021-ci ilin 10 ayıərzində 900 milyoan ABŞ dolları həcmində olması, minlərlə Azərbaycan vətəndaşının Rusiyada işləməsi və təhsil alması ön plana çəkilib.Rusiya prezidenti V.Putin Azərbaycanda Rus dilinə önəm verilməsini məmuniyyətlə qeyd edib.

Məhsuldar keçən üçtərəfli görüş Soçi bəyannaməsinin imzalanması ilə başa çatıb. Tərəflər sərhədlərin dəqiqləşdirilməsini sürətləndirməyi və 10 noyabr sazişindən irəli gələn digər məsələlərin həlli üçün lazım olan işlərin görülməsinin vacibliyini bir daha qeyd ediblər. Kəskin arqumentlər ilə üzləşən Ermənistan baş nazirinin Azərbaycan prezidennti İlham Əlievlə razı olduğunu bildirməkdən başqayolu qalmayıb. Soçi görüşü bitəndən dərhal sonra beynəlxalq ekspertlər Azərbaycanın diplomatiya sahəsində daha bir parlaq qələbə qazandığını elan etməyə başladı.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ocak 2022    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31