aztb.info
http://aztb.info
aztb.info

Yaşar Hüseynov: Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradıb

12-10-2021, 14:13 54 dəfə baxılıb



Saatlı rayon “Agro-AZ” MMC-nin pambıq emalı zavodunun direktoru Yaşar Hüseynov - Azərbaycanın Vətən müharibəsində Qələbəsi “yenilməz erməni ordusu” barədə illərlə formalaşdırılan mifə son qoydu. Ermənilərin bütün yalanlarını, uydurma miflərini və iddialarını da eyni aqibət gözləyir. Bunu Azərbaycan Prezidenti deyib, deməli bu, belə də olacaq.

2020-ci il sentyabr ayının 27-də erməni təxribatlarının qarşısını birdəfəlik almaq və torpaqlarımızı işğaldan azad etmək üçün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu hərbi əməliyyatlara başladı. Xalqın birliyindən güc alan qəhrəman ordumuz cəmi 44 gün ərzindən işğalda olan torpaqlarımızı düşməndən azad etməklə ölkənin ərazi bütövlüyünü bərpa etdi. Beləliklə, BMT Təhlükəsizlik Şurasının illər uzunu kağız üzərində qalan qətnamələrinin icrasını Azərbaycan təkbaşına təmin etdi. Vətən müharibəsinin gedişində Şanlı Ordumuz bir çox şərəfli qələbələrə imza atdı. Lakin onların sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət kəsb edir. Hərbi əməliyyatların gedişində Azərbaycan Ordusu müharibənin artıq ilk günü, 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etdi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 80 kənd işğaldan azad edildi. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi.

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Bu reallıqlar bir aylıq və yaxud bir illik deyil. Bu reallıqlar əbədidir və onları qəbul etmək artıq hamı üçün qaçılmazdır. Oktyabrın 4-də Cəbrayıl ictimaiyyəti ilə görüşü zamanı Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışında bu məsələyə toxunaraq bildirdi ki, Azərbaycana qarşı olan bütün erməni iddialarına birdəfəlik son qoyulmalıdır. Ermənistan cəmiyyətində real vəziyyətin düzgün təhlili getməlidir. Onlar artıq mifologiyadan, böyük Ermənistan xülyasından əl çəkməlidirlər.

Bu gün Cəbrayılda gedən bərpa-quruculuq işlərinin sürəti ən qısa zaman ərzində cəbrayıllıların öz doğma yurdlarına qayıdacaqlarından xəbər verir. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan müharibəni Zəfərlə bitirdi və indi sülh dövrünü də zəfərlə başlayıb, zəfərlə başa vuracaq.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2021    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031