aztb.info
http://aztb.info
aztb.info

Cabbarovun ƏDV sistemi niyə özünü doğrultmur?

12-10-2021, 11:57 40 dəfə baxılıb



Ölkəmizdə istehlakçılar neft və qaz məhsulları istisna olmaqla, aldıqları digər mallara görə ödənilmiş Əlavə Dəyər Vergisinin (ƏDV) müəyyən hissəsini geri ala bilərlər. 

Vergi Məcəlləsinə görə, fiziki şəxslər supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 15, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizini  geri almaq hüququna malikdirlər. 

Sadaladığımız bütün bunlar məsələnin qanuni tərəfidir. Yəni aidiyyatı qurum -  İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti rəhbərliyi deyir ki, ƏDV bu qaydada və qanunlardan irəli gələn formada olmalıdır. Əlbətdə, qanunlar şahdır və insanlarımız da bu qaydalardan irəli gələn tətbiqlərdən yararlanmaq istəyir. Bu yaxşı haldır və dünya standartlarına inteqrasiyadır.

Bəs əslində real vəziyyət necədir?

Ümumiyyətlə, bizim ölkədə qanunların, qaydaların tələbləri ilə reallıq üst-üstə düşürmü? Qanun və qaydanı tətbiq edən qurum və ya şəxslər, elə misal üçün nazir Mikayıl Cabbarov özü, diğər rəhbər şəxsləri bu sistemin, tətbiqin  işləmə mexanizminə nəzarət edə bilirmi? Yaxşı, gəlin sualı bir az da yüngülləşdirim - bu sistem vətəndaşlarla dövlət arasında hansı özəllikləri, bağı yaradır? Narazılığımı artırır yoxsa razılıqmı yaradır?

Görünən odur ki, bu sistemin tətbiqində kifayət qədər boşluqlar var və bu böyük inamsızlıq və narazılıq yaradır. Tək-tək aydınlaşdırmağa çalışaq ki, bu qurumların rəhbərləri də oxusun və bizim doğru dediklərimizə bir əmma qoymasın.

Gəlin razılaşaq ki, ölkəmizdə istehlakçıların ƏDV-ni geri alması heç də asan başa gəlmir. Bir çox hallarda ƏDV çeki alıcıya alış üçün ödənilən qəbzlə birlikdə verilmir, alıcı ƏDV çekini özü istəməsə, qarşı tərəf onu istehlakçıya verməyə qətiyyən maraq göstərmir, onun bu istəyini hətta narazılıqla qarşılayır. Bəzən ƏDV-nin çekini istəyən istehlakçı bunu birbaşa kassirdən almalı olduğu halda, kassir tərəfindən müştəri xidmətlərinə yönəldilir.

Bu, istehlakçının hüquqlarını pozmaqla yanaşı, onun üçün vaxt itkisinin yaranmasına da səbəb olur. Bütün bu problemləri satıcı-müştəri-dükan sahibi ilə bəzən dava-dalaşla həll etmək olur. Əsas məsələ və problem isə başqadır.

Növbəti mərhələdə sən dava-dalaşla dükandan aldığın ƏDV çekini ya sistemə yükləyə bilmirsən, ya da yükləsən belə onu geri ala bilmirsən. Aylarla gözləyirsən ki, bu məbləğ sənin kartına qayıdacaq. Amma bir də görürsən ki, sənə qaytarılmalı olan ƏDV görbagor olub, yəni yaxşı mənada silinib.



Bizimxeber.az-a gələn şikayətlərdən aydın olur ki, yenə vətəndaşlar 500, 1000 və 2000 manatdan yuxarı alqı-satqı üzrə əlavə dəyər vergisinin (ƏDV) ödənilməsində problem yaşayır. Bununla bağlı sosial şəbəkələrdə vətəndaş şikayətlərinin atdığının da şahidi ola bilərik. Vətəndaşlar bildirir ki, ona ödənilməli olan böyük məbləğdə ƏDV ləğv edilir, qeybə çəkilir. Bir ay gözləmədə olan ƏDV ödənməyə bir gün qalmış yoxa çıxır.

Bu naməlum silinməni İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti özünəməxsus şəkildə şərh edir. Hörmətli Mikayıl Cabbarovun rəhbəri olduğu qurumdan belə hallara cavab olaraq bildirirlər ki, guya ki, 1000-2000 manatdan yuxarı alqı-satqı əməliyyatları üzrə ƏDV-lərin yoxlanılması aparılır. Guya bu da üzə çıxan neqativ hallarla bağlıdır. Neqativ əmma odur ki, guya nağd vəsait silməyə çalışanlar olur və bu hallar dəfələrlə aşkar olunub. Ona görə də yoxlayırlar. Sonra köçürmə həyata keçirilir.

Amma və lakin heç bir köçürmə edilmir, vətəndaşlar silinən məbləğin geri qaytarılmadığını bildirir və ya bu məbləği geri almaq üçün get-gələ salınır.

Ümumiyyətlə, gəlin etiraf edək ki, ölkəmizdə bu kimi məsələlər sistemsiz idarə olunur. Diğər tərəfdən əgər gömrükdə lap elə verginin özündə problem varsa bu mütləq ƏDV-də özünü göstərəcək və necə ki, göstərir. Çünki, nə gömrük, nə də vergi dəqiq sıfırlanmış rəqəmlərlərin altında deyil. Artıq 10 qəpik problemin başlanğıcıdır, bu bütün sistemi pozacaq və necə ki, həmin vəziyyətdir.

İqtisadiyyat elə bir sahədir ki, bura bağlı olan qollar tam şəffav işləməlidir ki, diğərləri üçün böyük fəsadlar yaratmasın. Amma və lakin bizim ölkəmizdə gömrüklə vergi, vergi ilə ƏDV və sairə tərsmütənasiblik təşkil edir. Səbəblər bəllidir və bu barədə illərdir yazırıq.

Məsələ budur ki, bu sistemlərin tətbiqi dövlətlə vətəndaş arasında bir bağ yaratmağa, inam formalaşdırmağa hesablanmalıdır. Bu kimi tətbiqlər vətəndaşların sistemə olan şəffav inamını tamamlamalıdır.

Sizə tamamlayırmı? ƏDV-si silinən vətəndaş bu sistemə, şəffavlığa və dövlətin diğər addımlarına inanarmı? Siz Mikayıl Cabbarov - nazir deyil, adi vətəndaş olsaydınız, 2000 manat ƏDV-niz səbəbsiz olaraq silinsəydi bu məlum ƏDV sisteminə və diğər tətbiqlərə, onu ərsəyə gətirən quruma, nazirə  inanardınızmı? Və sizcə belə vətəndaşda vergiyə, gömrüyə və ümumilikdə dövlətə inam hansı dərəcədə olar?

Bir sözlə, vətəndaşlar ƏDV-ni geri ala bilmədikləri üçün narazılıq edir. Bu narazılığın hansı səviyyədə olmasından asılı olmayaraq, sistemin düzələcəyinə inam azdır. Sadəcə bizim borcumuz yazmaqdır, məlumatlandırmaqdır  ki, bunu da edirik.

Ədil Hüseynli





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2021    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031