Sorğu
Sitemizi değerlendirin

10 Kas 13:23Olke

Azərbaycanda vəzifəli şəxs qəzada öldü

Azərbaycanda vəzifəli şəxs qəzada öldü Qusar rayonunda ağır yol qəzası baş verib. “Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Qusar-Həzrə yolunun 16-cı kilometrliyində, rayonun Yasab kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayonun Həzrə kənd sakini Vəlixan Vəlixanov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarındakı gölə aşırıb. Nəticədə avtomobilin sürücü V.Vəlixanov suda boğularaq ölüb. Avtomobildə olan daha 3 sərnişin xəstəxanaya çatdırılıb. Qeyd edək ki, V.Vəlixanov Qusar Rayon İcra Hakimiyyətinin Həzrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsidir. Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Kod:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Kodu girin: