Yeni XəbərLər
DİN-də yeni TƏYİNAT
10.04
Məktəblər hansı şərtlərlə açıla bilər? - VİDEO
10.04
“YAŞAT” Fondu qazilərimizə və şəhid ailələrinə nə qədər vəsait xərcləyib?
10.04
Ramazan ayının təqvimi açıqlandı
09.04
Prezident İlham Əliyev Britaniya kraliçasına və baş nazirinə başsağlığı verib
09.04
TƏBİB məlumat yaydı - SON DƏQİQƏ
09.04
Arxiv
Sorğu
Sitemizi değerlendirin
22 Eki 14:59Cemiyyet
Bakıda evli qadının Facebook macərası: “İntim şəklini göndər…”

Bakıda evli qadını şantajla pul tələb etməkdə təqsirləndirilən Astan Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Astan Əzizov 8 il azadlıqdan məhrum edilib.
İttihama görə, Astan Əzizov Sevinc Əliyevanı (ad və soyad şərti verilib – red.) şantaj edərək pul tələb edib.
Astan Sevinclə sosial şəbəkədə tanış olub. Aralarında isti münasibət yaranan şəxslər biri-birlərinə intim şəkillərini göndəriblər. Bir müddət keçəndən sonra Astan Sevinci şantaj edib, onun intim şəkillərini sosial şəbəkədə yayacağı və qadını biabır edəcəyi ilə hədələyib.
Astan Əzizov bu şəkilləri yaymamaq üçün qadından ümumilikdə 4 min dollar pul tələb edib. Qadın tələb olunan pulu ona verib.
Daha sonra Sevin Əliyeva hüquq-mühafizə orqanlarına müraciət edib. Keçirilən əməliyyat zamanı Astan Əzizov həbs edilib.
Cinayət işi üzrə ifadə verən Astan Əzizov özünü təqsirli bilib.
Məhkəmədə məlum olub ki, zərərçəkmiş qadın evlidir, iki uşaq anasıdır. Sevinc Əliyevanın ifadəsinə görə, həyat yoldaşı ilə boşanmaq üzrədir.
İstintaq orqanı tərəfindən Astan Əzizovun barəsində Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi) maddəsi ilə ittiham elan edilib.
1news.az
Yorum ekle
Xəbərlər
DİN-də yeni TƏYİNAT 15:22Məktəblər hansı şərtlərlə açıla bilər? - VİDEO 13:23“YAŞAT” Fondu qazilərimizə və şəhid ailələrinə nə qədər vəsait xərcləyib? 13:16Ramazan ayının təqvimi açıqlandı 22:19Prezident İlham Əliyev Britaniya kraliçasına və baş nazirinə başsağlığı verib 22:07TƏBİB məlumat yaydı - SON DƏQİQƏ 16:00Əhaliyə ŞAD XƏBƏR! Dövlət qurumu RƏSMƏN AÇIQLADI 12:34Metro açılandan sonra gediş haqqı artırılacaq? - Suala aydınlıq gətirildi 12:20
ULU ÖNDӘR

Istifadəçi Girişi