aztb.info
http://aztb.info
aztb.info

Bakıda translar polis bölməsinə hücum edib - RƏSMİ

20-10-2021, 13:39 20 dəfə baxılıb

Bakıda translar polis bölməsinə hücum edib - RƏSMİ


Bakının Nəsimi rayonunda iki nəfər polis bölməsinə hücum edib.

Bu barədə sosial şəbəkələrdə məlumat verilib. Bildirilir ki, iki nəfər Nəsimi rayon Polis İdarəsi 22-ci polis bölməsinə hücum edib. Onlar Əli və Zaur adlı trans olublar.

Həmin şəxslər dava salıblar və ictimai asayişi kobud şəkildə pozublar.

Hadisə barədə ətraflı məlumat almaq üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə bildirib ki, onlar barədə qanunauyğun şəkildə tədbir görülüb.

“Həmin şəxslərin qanunsuz hərəkətləri ilə bağlı 3 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən (xırda xuliqanlıq) protokol tərtib olunub. Və digər qanunsuz hərəkətlərinin xüsusatları ilə bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır”, - deyə Elşad Hacıyev bildirib.

Araşdırmanın nəticəsindən asılı olaraq əməli hüquqi qiymət veriləcək.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aralık 2021    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031