aztb.info
http://aztb.info
aztb.info

Türkiyədə dollar 16 lirəyə çatır

18-05-2022, 11:43 33 dəfə baxılıb

Türkiyədə dollar 16 lirəyə çatır


Türkiyədə 1 dollar 15,94 həddinə qədər yüksəlib.

Buna səbəb ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Cerom Pauelin açıqlamalarının dolları bahalaşdırması olub. 

Belə ki, FED sədri inflyasiya azalana qədər pul siyasətini sərtləşdirməyə davam edəcəklərini, inflyasiyanın aşağı endiyinə dair aydın və inandırıcı dəlil görmədikləri təqdirdə daha aqressiv hərəkət etməyi düşünməli olacaqlarını bildirib. 

Bu açıqlamalardan sonra dollar yeni günə 15,92 lirə həddindən başlayıb.  Səhər saatlarında 15,80 lirədən aşağı düşən dollar, daha sonra 15,94 lirə həddini aşıb.

Qeyd edək ki, dollar-lirə nisbəti həftənin əvvəlində 15,50 səviyyəsində idi.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2022    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930