aztb.info
http://aztb.info
aztb.info

Rəsul Çunayev üçüncü dəfə tələbə oldu - FOTO

21-10-2021, 10:06 19 dəfə baxılıb

Rəsul Çunayev üçüncü dəfə tələbə oldu - FOTO


Güləş üzrə dünya və Avropa çempionu Rəsul Çunayev 3-cü dəfə universitet oxuyacaq.
"Bu barədə tanınmış idmançı paylaşım edib. O, Dövlət İdarəçilik Akdemiyasına qəbul olunduğunu bildirib.

"Uşaq olarkən təhsilin əhəmiyyətini anlamadığım vaxtlarda məktəbə getməyi heç sevməz, dərs oxumaq istəməzdim. Amma böyüdükcə anladım ki, təhsilin insan həyatında böyük və mühüm bir rolu var.

Əgər Vətəninə, xalqına xeyirli bir övlad olmaq istəyirsənsə, lazım olan əsaslardan biri də təhsildir. Yəni təhsil, həqiqətən də, bir millətin gələcəyidir.

İndi isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsiyəm və təhsil həyatında 3-cü dəfə universitet oxuyacaq bir tələbə kimi demək istəyirəm ki, təhsil almaq üçün heç bir vaxt gec deyil.

Siz də mənim kimi sonradan peşman olmayasınız deyə, verəcəyim ən önəmli tövsiyələrdən biri də budur ki, təhsili öz həyatınızda əhəmiyyətli tutun. Çünki savad hər sahədə lazımlı və vacibdir".

Qeyd edək ki, R.Çunayev bundan öncə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və Bakı Dövlət Universitetində (BDU) ali təhsil alıb.






Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aralık 2021    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031