aztb.info
http://aztb.info
aztb.info

Bakıda altı nəfərin ölümünə səbəb olan tələbə universitetdən çıxarılacaqmı? - FOTO

23-10-2021, 11:11 16 dəfə baxılıb

Bakıda altı nəfərin ölümünə səbəb olan tələbə universitetdən çıxarılacaqmı? - FOTO


Oktyabrın 13-də Bakıda altı nəfərin ölümü, 20-dən çox şəxsin yaralanması ilə nəticələnən ağır yol qəzasını törədən Əzizov Mahmud Babagözəl oğlu Bakı Mühəndislik Universitetinin tələbəsi olub. 
 
Bakı Mühəndislik Universitetindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, M.Əzizov universitetdən xaric olunub-olunmaması ilə bağlı məsələ hələ ki müzakirə edilmir:
 
“Məlum hadisəni törədən Əzizov Mahmud Babagözəl oğlu barəsində istintaq davam edir. Məhkəmə yekun qərar verdikdən sonra Universitetə rəsmi şəkildə məlumat göndəriləcək. Artıq bundan sonra tələbənin universitetdən xaric olunub-olunmaması ilə bağlı hər hansı bir qərar verilə bilər. Hələlik bu istiqamətdə heç bir qərar qəbul edilməyib”.
 
Qeyd edək ki, 13 oktyabr 2021-ci il tarixində saat 06:40 radələrində Əzizov Mahmud Babagözəl oğlu idarə etdiyi “Mercedes-Benz” markalı, 99-DH-343 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Aeroport şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən qarşıda gedən Abdullayev Tahir Ruhulla oğlunun idarə etdiyi “Daewoo” markalı, 10-TH-116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb, nəticədə avtobus səkidə və yol kənarında dayanan adamların üzərinə aşıb.
 
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
 
Qəzaya yük avtomobilinin sürücüsünün sükan arxasında yuxulamasının səbəb olduğu bildirilib. Yük avtomobilinin sürücüsü Əzizov Mahmud Babagözəl oğlu həbs edilib.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aralık 2021    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031