aztb.info
http://aztb.info
aztb.info

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

19-05-2022, 13:02 26 dəfə baxılıb

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama


Azərbaycanın təklif etdiyi bəndlərdə Ermənistan tərəfi üçün qəbuledilməz heç nə yoxdur, lakin bu məqamlar gözlənilən mümkün sülh sazişinin bütün gündəliyinə, mövcud problemlərin bütün spektrinə təsir göstərmir. 

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Biz sülh prosesi ilə bağlı baxışımızı təqdim etmişik. Biz əvvəlcədən demişik ki, Azərbaycanın təklif etdiyi məqamlarda Ermənistan tərəfi üçün qəbuledilməz heç nə yoxdur, lakin bu məqamlar gözlənilən sülh sazişinin bütün mümkün gündəliyinə, mövcud problemlərin bütün spektrinə təsir göstərmir. Bizim üçün həm Qarabağın hüquq və təhlükəsizlik məsələlərini, həm də statusunu müzakirə etmək vacibdir”, - o qeyd edib.

Mirzoyannın fikrincə, İrəvan hesab edir ki, ATƏT-in Minsk Qrupunun həmsədrliyinin mandatı çərçivəsində sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi vacibdir: “Hələlik bu məqamlarla bağlı Azərbaycandan müsbət cavab eşitməmişik. Amma bilirsiniz ki, bu danışıqların mümkün olması üçün səylər göstərilir”.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2022    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930