aztb.info
http://aztb.info
aztb.info

Britaniya kəşfiyyatı Ramzan Kadırovun əmisi oğlu ilə bağlı faktlar açıqladı

18-05-2022, 11:07 28 dəfə baxılıb

Britaniya kəşfiyyatı Ramzan Kadırovun əmisi oğlu ilə bağlı faktlar açıqladı


Rusiya qüvvələrinin Mariupolu on həftədən çox mühasirəyə almasına baxmayaraq, Ukraynanın sarsılmaz müqaviməti Rusiyanın şəhər üzərində tam nəzarəti ələ keçirməsini ləngitdi.

Apa xəbərinə görə, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.

Bildirilib ki, bu, Rusiyanın şəhəri ələ keçirməklə bağlı ilkin səylərini puça çıxardı və onun qüvvələri arasında baha başa gələn şəxsi heyət itkisinə səbəb oldu.

“Ukrayna müqavimətini dəf etmək üçün Rusiya yardımçı personaldan əhəmiyyətli dərəcədə istifadə edib. Buraya, ehtimal ki, əsasən Mariupol və Luqansk sektorlarında cəmləşmiş bir neçə min döyüşçüdən ibarət çeçen qüvvələrinin yerləşdirilməsi daxildir. Bu qüvvələr çox güman ki, həm könüllülərdən, həm də müntəzəm olaraq Çeçenistan Respublikasının rəhbəri Ramazan Kadırovun hakimiyyətinin qorunmasını təmin edən Milli Qvardiya bölmələrindən ibarətdir”, - deyə məlumatda qeyd olunub.

Əlavə olunub ki, R. Kadırov hərbçilərinə şəxsən yaxından nəzarət edir və onun əmisi oğlu Adəm Delimxanov isə Mariupolda çeçen səhra komandiri kimi fəaliyyət göstərib.

Vurğulanın ki, Rusiyanın döyüşlərdə də cür fərqli personal yerləşdirməsi onun Ukraynada əhəmiyyətli resurs problemləri ilə üzləşdiyini nümayiş etdirir.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2022    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930