aztb.info
http://aztb.info
aztb.info

Tacikistanda Daxili İşlər Nazirliyinə silahlı basqın: Ölən və yaralılar var

17-05-2022, 14:30 25 dəfə baxılıb

Tacikistanda Daxili İşlər Nazirliyinə silahlı basqın: Ölən və yaralılar var


Tacikistanda Dağlıq Bədəxşan Muxtar Vilayətində Daxili İşlər Nazirliyinə silahlı basqın baş verib.

Hadisə zamanı üç nəfər yaralanıb, bir nəfər həlak olub.

Nazirliyin mətbuat mərkəzindən verilən məlumata görə, həmin şəxslər Xoroq şəhərində qanunsuz aksiya keçiriblər, Daxili İşlər Nazirliyinin əməkdaşlarına silahlı basqın ediblər və nazirliyin binasına əl qumbarası atıblar.

Nəticədə Daxili İşlər Nazirliyinin idarə rəisinin birinci müavini və daha iki polis əməkdaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib, hücum edənlərdən biri xəsarət alıb və xəstəxanada ölüb.

“Silahlı hücumda iştirak etmiş mütəşəkkil cinayətkar dəstənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir, hadisənin təşkilatçılarına qarşı rayon prokurorluğu tərəfindən cinayət işi başlanıb”, - deyə idarədən bildirilib.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2022    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930