aztb.info
http://aztb.info
aztb.info

Rusiya Belarusa S-400 raketləri və döyüş təyyarələri göndərir

21-01-2022, 16:00 46 dəfə baxılıb

Rusiya Belarusa S-400 raketləri və döyüş təyyarələri göndərir


Rusiya Uzaq Şərqdən  S-400 “Triumf” hava hücumundan müdafiə sistemlərinin iki bölməsi gətirərək Belarusda yerləşdirəcək.

Bu barədə Rusiya Müdafiə nazirliyi məlumat yayıb. 

“İttifaq dövlət reaksiya qüvvələri yoxlanılması ilə məşğul olan Şərq Hərbi rayon Hava Qüvvələri və Hava Hücumundan Müdafiə formalaşması məqsədi ilə S-400 “Triumf” zenit-raket sistemlərinin iki bölmələri Xabarovsk diyarından dəmir yolu platformalarına yükləyiblər” - məlumatda deyilir.

S-400 Belarus poliqonlarına yerləşdiriləcək. Rusiya hərbi qulluqçuları Belarus və Rusiyanın Vahid Regional Hava Hücumundan Müdafiə Sisteminin bir hissəsi olaraq yerindəcə atış mövqelərini təchiz və kamuflyaj edəcək, texniki xidmət göstərəcək və döyüş hazırlığı vəzifəsini yerinə yetirəcək.

İttifaq dövlətinin reaksiya qüvvələrinin sınağı iki mərhələdə baş tutacaq. Birincisi fevralın 9-dək davam edəcək. Bu müddət ərzində Belarus ərazisində qoşunların yenidən yerləşdirilməsi və qruplarının yaradılması, dövlət və hərbi obyektlərin, habelə Birlik dövlətinin hava sərhədinin mühafizəsinin təşkili, hava hücumundan müdafiə qüvvələrinin növbətçiliyə hazırlığının yoxlanılması planlaşdırılır. 

İkinci mərhələdə fevralın 10-dan 20-dək “Müttəfiqlər Qətiyyətli - 2022” birgə təlimləri keçiriləcək. Rusiya və Belarus hərbçiləri xarici təcavüzün qarşısının alınması və terrorizmlə mübarizə, xüsusilə, silah və sursatların çatdırılması kanallarının bağlanması, habelə qanunsuz silahlı birləşmələrin və təxribat-kəşfiyyat qruplarının məhv edilməsi vəzifələrini işləyəcəklər.

Rusiyadan Belarusa S-400-dən əlavə olaraq 12 Su-35 təyyarəsi və bir bölmə Pantsir-S zenit-raket və silah sistemləri verəcək.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mayıs 2022    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031