aztb.info
http://aztb.info
aztb.info

Baydendən Makrona: "Səbirsizliklə gözləyirəm"

23-10-2021, 10:14 16 dəfə baxılıb

Baydendən Makrona: "Səbirsizliklə gözləyirəm"


ABŞ Prezidenti Co Baydenlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Tərəflərin regional məsələləri müzakirə etdikləri bildirilib.

Dövlət başçıları həmçinin NATO ilə birgə Avropanın müdafiə sisteminin gücləndirilməsi mövzusunda da fikir mübadiləsi aparıblar.

Məlumatda Baydenin bu ayın sonunda Romada baş tutacaq G20 zirvəsi çərçivəsində Makronla görüşmək üçün səbirsizləndiyi ifadə edilib.

Prezidentlərin görüşü zamanı ABŞ-Fransa əməkdaşlıq sahələri, ortaq mənfəət və dəyərləri müzakirə edəcəkləri qeyd olunub.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aralık 2021    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031