aztb.info
http://aztb.info
aztb.info

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhid ailələrin və qazilərin daim yanındadır

10-08-2022, 10:00 97 dəfə baxılıb

1...jpeg

Aşağı Nüvədi qəsəbəsinin və Küvənil kəndinin sakinləri İcra başçısının səyyar görüşündən razı qaldılar

_DCS4571.JPG

Vətəndaş məmnunluğunun aparıcı xətt kimi məmur-vətəndaş münasibətlərinin inkişafında üstünlük təşkil etməsi məsuliyyət, peşəkarlıq və digər zəruri fərdi keyfiyyətlərin ortaya çıxarılmasında önəmli rol oynayır. Məmur cəmiyyətin problemləri ilə birgə yaşamalı, onları narahat edən istənilən məsələyə hakim olmalı və bütün çatışmazlıqların aradan qaldırılması üçün real həll modelləri tərtib və təklif etmək potensialına sahib olmalıdır. Bunun üçün isə məmurların xalqın, yerli insanların arasında olmasına, onlarla birbaşa, vasitəsiz dialoq qurmasına zərurət var və bu, ölkə başçısı cənab İlham Əliyevin bütün  vəzifəli şəxslər və dövlət qulluqçuları qarşısında qoyduğu əsas tələblərdəndir. Cənab Prezidentin bütün göstəriş və tələblərini gündəlik fəaliyyətində rəhbər tutan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov yerlərdə sakinlərlə açıq formatda dialoqun qurulması istiqamətində növbəti səyyar qəbul-görüşünü avqustun 3-də Aşağı Nüvədi qəsəbəsinin və Küvənil kəndinin sakinləri ilə keçirib.  Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından sonra İcra başçısı bildirib ki, həssas sosial təbəqələrin, o cümlədən şəhid ailələri, qazilər, Birinci və İkinci Qarabağ müharibələrinin veteranları, keçmiş məcburi köçkün, həmçinin aztəminatlı və çoxuşaqlı ailələrin vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir: “Bütün şəhid ailələri, o cümlədən Vətən müharibəsi əlilləri birdəfəlik ödəmələrlə təmin olunublar. Baş nazirin müvafiq sərəncamı ilə artıq bu gündən 11 min nəfərədək  Birinci Qarabağ müharibəsi əlilinə birdəfəlik ödəmələr həyata keçirilib. Bu, dövlətin heç kimə qarşı ayrı-seçkilik etmədən ədalətli yanaşmasının təzahürüdür”. T.Qaraşov şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə yaxından maraqlanıb, onların qayğı və problemlərini dinləyib, İcra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll olunan bütün məsələlərin yerindəcə həll olunması üçün göstərişlərini verib. İcra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciət olunması və nəticəsi barədə vətəndaşlara qanunamüvafiq vaxtda və formada cavablar veriləcəyini bildirib. Aşağı Nüvədi qəsəbəsinin və Küvənil kəndinin sakinləri səmimi qəbul-görüşə görə İcra başçısına təşəkkürlərini ifadə ediblər. Yerli sakinlər dövlət idarələrinin və bütün xidmət sahələrinin nümayəndələrinin səyyar görüşdə iştirakının qaldırdıqları problemlərin yerindəcə həllinə köməklik etdiyini vurğulayıblar. Vətəndaşlara göstərilən diqqət və qayğının son dövrlər daha da artmasına, insan amilinin sosial dövlət quruculuğu prosesində orbitdə dayanmasına və sosial-iqtisadi layihələrin uğurlu tətbiqi nəticəsində gündəlik həyat səviyyələrinin hiss olunacaq şəkildə artmasına görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını qeyd ediblər.
Aşağı Nüvədi qəsəbəsinin və Küvənil kəndinin sakinləri İcra başçısının səyyar görüşündən razı qaldılar
Aşağı Nüvədi qəsəbəsinin və Küvənil kəndinin sakinləri İcra başçısının səyyar görüşündən razı qaldılar
Aşağı Nüvədi qəsəbəsinin və Küvənil kəndinin sakinləri İcra başçısının səyyar görüşündən razı qaldılar

İstisu qəsəbəsinin şəhidlərinin xatirəsinə inşa olunan bulaq kompleksinin açılışı olub


1[1].JPG

Vətənin azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən hər bir vətəndaşımızın xatirəsinin əbədiləşdirilməsi hər bir azərbaycanlının mənəvi borcudur, çünki torpağın dəyəri onun münbitliyi, yeraltı və yerüstü zənginlikləri ilə deyil, orada axıdılan şəhidlərin qanı ilə qiymətləndirilir, müqəddəsləşdirilir və anamız qədər aliləşdirilir. Başqa sözlə, torpaq və ərazi o zaman vətənə çevrilir ki, cəmiyyətdə milli birlik və dövlətçilik şüuru formalaşır. Vətən müharibəsi təkcə milli birliyimizi təmin etmədi, eyni zamanda, insanların dövlətinə olan güvənini təkmilləşdirdi. Dövlət də, qədirbilən xalqımız da şəhidlərimizin adının əbədiləşdirilməsinə həssaslıqla yanaşaraq bu istiqamətdə üzərinə düşən bütün lazımi tədbirlərin görülməsini mütəmadi  həyata keçirir. İyulun 29-da Lənkəranın İstisu qəsəbəsindən Birinci və İkinci Qarabağ müharibələrində şəhid olan 12 qəhrəmanımızın xatirəsinə inşa olunan bulaq kompleksinin açılış mərasimi baş tutub. Bulaq kompleksinin açılış lentini Lənkəran ŞİH başçısı Taleh Qaraşov Vətən müharibəsi şəhidi Zaur İsmayılzadənin anası Sevil Hüseynova ilə birgə kəsib. Dövlət himninin səslənməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edib. Natiq bildirib ki, bulaq kompleksinin açılışının şəhidimiz Zaur İsmayılzadənin doğum günündə baş tutması günün önəmini daha da artırır. İcra başçısı çıxışında Vətən üçün yaşayıb, onun üçün əbədiyyətə qovuşan, milyonların qəlbində taxt quran şəhidlərin qanları ilə haqsızlığa son qoyan, ədaləti bərpa edən, xalqın qürur və vüqarını özünə qaytaran, milyonların içindən seçilən, ölümsüzlüyə ucalan, silinməz və unudulmaz tarixə çevrilən ilahi varlıqlar olduğunu vurğulayıb. T.Qaraşov qeyd edib ki, şəhidlərimizin müqəddəs qanı axıdılan Qarabağ artıq öz əzəmətinə cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məqsədyönlü fəaliyyəti nəticəsində qovuşur, insanların doğma yurd-yuvalarına qayıtması Ağalı kəndinin timsalında artıq təmin olunub.
Qeyd edək ki, şəhid Zaur İsmayılzadə döyüşlərdə göstərdiyi igidlik və şücaətə görə dövlət başçısının müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Şüşanın azad olunmasına görə” medallarına laiq görülüb.
Şəhid anası Sevil Hüseynova çıxışında el-obasının insanlarına dərdinə, acısına şərik olduğuna görə minnətdarlığını ifadə edib. S.Hüseynova hər zaman dövlətin qayğı və diqqətini ən ali səviyyədə hiss etdiyi üçün və onu əsla yalnız saxlamadıqlarına görə dövlət başçısı cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirib.
Çıxışlardan sonra məktəblilərin ifasında şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib, musiqi ifa olunub. Daha sonra tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar
İstisu qəsəbəsinin şəhidlərinin xatirəsinə inşa olunan bulaq kompleksinin açılışı olub
İstisu qəsəbəsinin şəhidlərinin xatirəsinə inşa olunan bulaq kompleksinin açılışı olub
İstisu qəsəbəsinin şəhidlərinin xatirəsinə inşa olunan bulaq kompleksinin açılışı olub
İstisu qəsəbəsinin şəhidlərinin xatirəsinə inşa olunan bulaq kompleksinin açılışı olub
İstisu qəsəbəsinin şəhidlərinin xatirəsinə inşa olunan bulaq kompleksinin açılışı olub
İstisu qəsəbəsinin şəhidlərinin xatirəsinə inşa olunan bulaq kompleksinin açılışı olub

Taleh Qaraşov İstisu qəsəbəsinin sakinləri ilə görüşüb


10.JPG


Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar qəbul-görüşünü İstisu qəsəbəsində keçirib. İcra başçısı ilə birgə səyyar görüşdə İcra aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, yerli idarə və təşkilatların nümayəndələri iştirak ediblər. Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından sonra Taleh Qaraşov səyyar qəbulun keçirilmə məqsədi barədə danışıb. İcra başçısı bildirib ki, insanlarla birbaşa dialoqun qurulması, qarşılıqlı etimadın gücləndirilməsi və onları narahat edən məsələlərin həllinə köməklik göstərilməsi prioritet məsələlərdəndir. Öncəliklə şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarının qayğı və problemlərini diqqətlə dinləyən T.Qaraşov qaldırılan məsələlərin həlli ilə bağlı tapşırıq və göstərişlərini verib. İcra başçısı qeyd edib ki, səyyar qəbul-görüşlərdə qaldırılan bütün məsələlər şəxsən onun nəzarətindədir. T.Qaraşov cənab Prezident İlham Əliyevin siyasətinin mərkəzində insan amilinin dayandığını xatırladaraq bildirib ki, vətəndaş-məmur münasibətlərində yeni düşüncə tərzinin formalaşması, dövlət qulluğunun xalqa xidmət mənasını ifadə etməsi və qarşılıqlı açıq dialoq mühitinin formalaşması zərurəti müasir dövrün tələbidir. İcra başçısı 44 günlük Vətən müharibəsindən və ondan sonrakı dövr ərzində görülən işlərdən danışaraq qeyd edib ki, Azərbaycan xalqı yumruq kimi dövlət başçısının ətrafında birləşməklə zəfərə imza atıb, bu gün azad olunan torpaqlarımız dirçəlməkdədir və artıq Ağalı kəndinə yerli sakinlərin Böyük Qayıdışı təmin edilib. T.Qaraşovun sözlərinə görə, Qarabağdakı quruculuq və bərpa işləri tamamilə Azərbaycan dövlətinin və xalqının maddi və mənəvi gücü ilə həyata keçirilir. Yerli sakinlər də səmimi və açıq qəbula görə İcra başçısına təşəkkür ediblər. Problem və qayğılarının həllinə ən qısa zamanda nail olacaqlarına inamlarını ifadə edən İstisu qəsəbəsinin sakinləri dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sosial-iqtisadi vəziyyətlərinin günü-gündən yaxşılaşdığına, müraciətlərinə obyektiv və operativ baxıldığına, sosial infrastruktur layihələrinin uğurla həyata keçirildiyinə görə dərin və səmimi minnətdarlıqlarını bildiriblər.
 
Taleh Qaraşov İstisu qəsəbəsinin sakinləri ilə görüşüb
Taleh Qaraşov İstisu qəsəbəsinin sakinləri ilə görüşüb
Taleh Qaraşov İstisu qəsəbəsinin sakinləri ilə görüşüb

*********







Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2022    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930