aztb.info
http://aztb.info
aztb.info

AZƏRBAYCANDA XARİCİ İNVESTİSİYALARIN QORUNMASI ƏN YÜKSƏK SƏVİYYƏDƏDİR

19-01-2022, 12:22 102 dəfə baxılıb



Təbii sərvətləri ilə zəngin olan doğma Azərbaycanımız xam neft, təbii qaz , elektrik enerjisi ilə özünü təmin etməklə yanaşı bu məhsulları dünya bazarına da idxal edir. Ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib. Lakin ölkə əhalisinin artması, azad olunmuş torpaqlarımızda gedən bərpa işləri enerjiyə olan tələbatı artırır. Yeni enerji mənbələrinin isə bərpaolunan enerji növlərinin alındığı enerji sahələri olmaları strateji cəhətdən çox vacibdir. Ölkəmizdə mövcud olan stabillik, gərgin quruculuq işlərinin aparılması, iqtisadi inkişaf dünya investorları üçün önəmli rol oynayır. İşğaldan azad edilmiş ərazilərdə “ yaşıl enerji” zonasında bir neçə su elektrik stansiyalarının inşa edilməsi, günəş və külək elektrik stansiyalarının yaradılması üçün konkret planlar hazırlanıb.
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının yaradılması Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması prosesində mühüm hadisədir.
Bərpaolunan enerji növlərinin istehsalı ölkənin iqtisadi, strateji, ekonomik, ekoloji inkişafında çox vacib məsələlərdəndir.
İnşa olunacaq stansiyanın investoru Səudiyyə Ərəbistanı Krallığının tanınmış “ACWA Power” şirkətidir. Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında sıx dostluq münasibətləri mövcuddur. Müharibə dövründə bu ölkə Azərbaycana hər cür mənəvi dəstək və qardaşlıq münasibəti nümayiş etdirmişdir. Dünyada hökm sürən maliyyə böhranına, pandemiya ilə bağlı iqtisadi fəallığın azalmasına baxmayaraq, “ACWA Power” şirkəti Azərbaycana böyük həcmdə investisiya qoyuluşuna qərar verib. Bu, dünyanın aparıcı şirkətlərinin Azərbaycanın inkişafına, iqtisadiyyatına, siyasətinə inamının bariz nümunəsidir. Xızı rayonunda inşa ediləcək 240 meqavat gücündə Külək Elektrik Stansiyası Azərbaycanda bərpa olunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaq. Stansiyanın fəaliyyəti nəticəsində təbii qaza qənaətin təmin olunması, ətraf mühitin qorunması reallaşacaq.
Azərbaycan bütün sahələrdə iri addımlarla inkişaf etməkdədir. Bu inkişaf isə sabitliyin, düzgün qurulmuş iqtisadi və siyasi strategiyanın göstəricisidir.
Bakıxanov qəsəbəsi, 213 saylı məktəb-liseyin
Azərbaycan dili və ədəbiyyat müəllimi Sədaqət Cabbarova





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mayıs 2022    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031