aztb.info
http://aztb.info
aztb.info

Azərbaycan yaxın zamanlarda dünya birliyinin öndə gedən ölkələrindən birinə çevriləcək

19-01-2022, 10:30 61 dəfə baxılıb




Azərbaycan Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə bir sıra mükəmməl tezislərlə yadda qaldı və ölkə ictimaiyyətinin, eləcə də beynəlxalq aləmin ciddi marağına səbəb oldu. Bunu həmin müsahibə ilə bağlı xarici media orqanlarında dərc olunan yazılar da sübut edir. Dövlətimizin başçısı jurnalistlərin suallarına verdyi cavablarda ötən il ərzində görülən işlərin, icra edilən sosial-iqtisadi layihələrin əhəmiyyətini dəqiqliklə ölkə ictimaiyyətinin diqqətinə çatdırdı və yeni mərhələdə həyata keçiriləcək işləri, nəzərdə tutulan vəzifələri aydın şəkildə təhlil elədi.
Ölkə başçısının ötən il ərzində ölkəmizin əldə etdiyi hərbi-siyasi, iqtisadi-sosial uğurlardan müfəssəl şəkildə danışması bu günkü ağır sınaqlarla üz-üzə qalmış dünyanın acı reallıqları fonunda müharibədən yenicə çıxmış bir ölkənin siyasi qüdrətindən və iqtisadi nailiyyətlərindən xəbər verir. Bütün bunların gözlənilən nəticəsiydi ki, dünyanın ən böyük narahatlığı sayılan pandemiyanın yaratdığı ağır qlobal problemlər, maliyyə sıxıntıları fonunda Azərbaycan qarşıda qoyduğu planları uğurla gerçəkləşdirir və eyni zamanda sosial-iqtisadi artımlara da nail olur.
Mühüm çağırışlarla yadda qalan, ölkənin bütün taleyüklü məsələlərindən bəhs edən müsahibədə toxunulan ən vacib məqamlardan biri hər zaman olduğu kimi vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı mübarizədə əldə edilmiş nəticələrlə bağlı oldu. Prezident İlham Əliyev bir daha diqqətə çatdırdı ki, son illər sözlə əməl arasında göstərilən vəhdət hamıya dərs olmalı, korrupsiya və rüşvətxorluqla ciddi mübarizə aparılmalı, əgər bu və ya digər məmur bu çirkaba bulaşarsa cəzası sərt olmalıdır.
Qarabağ problemi kimi ağır yükü çiynindən atan Azərbaycan beynəlxalq aləmin məsuliyyətli üzvü və Qoşulmama Hərəkatının sədri kimi dünya təsisatlarının fəaliyyətində hər zaman fəal iştirak edəcək və yeni dünya düzənində təşəbbüslərlə çıxış edən ölkələrdən biri olacaq. Xalqımızın mənəvi səfərbərliyi, xalq- iqtidar birliyi, ölkənin iqtisadi müstəqilliyi, enerji təhlükəsizliyi və Qarabağ Zəfərindən sonra artan imkanlar da bunu deməyə əsas verir ki, özünə möhkəm tərəfdarlar qazanmış Azərbaycan yaxın zamanlarda dünya birliyinin öndə gedən ölkələrindən birinə çevriləcək.
Cavanşir Əliyev, 128 saylı tam orta məktəbin direktor müavini





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mayıs 2022    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031