aztb.info
http://aztb.info
aztb.info

Şəhid ailələri və qazilər üçün toplanan vəsaitin xərc istiqamətləri - SİYAHI

23-10-2021, 11:24 20 dəfə baxılıb

Şəhid ailələri və qazilər üçün toplanan vəsaitin xərc istiqamətləri - SİYAHI


Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) daxil olan vəsaitin istiqamətlər üzrə xərcləri açıqlanıb.

Fonda toplanan vəsaitin 43,13 faizi şəhid ailələrinin və qazilərin məişət şəraitinin yaxşılaşdırılması üçün xərclənib.

Bundan əlavə, vəsaitin 16,31 faizi borc öhdəliklərinin qarşılanması, 38,19 faizi tibbi xərclərin ödənilməsi, 1,56 faizi isə təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı üçün xərclənib. Digər xərclərin göstəricisi isə 0,81 faiz təşkil edir.

Qeyd edək ki, indiyədək fondda 63 583 188,17 manat toplanıb və vəsaitin 44 508 561,48 manatı xərclənib. Hazırda fondda qalıq vəsait 19 074 626,69 manatdır.

Həmçinin fond tərəfindən indiyədək 2 909 şəhid ailəsi ziyarət olunub. Eyni zamanda bu günədək 9 914 şəxs öhdəliyə götürülüb və onların problemlərinin həlli davam etdirilir.

Bundan başqa, 4 542 yaralının müraciəti qeydə alınıb. Ümumilikdə, ziyarət olunan şəhid ailəsi üzvləri və yaralıların sayı 15 954-dür.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aralık 2021    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031