aztb.info
http://aztb.info
aztb.info

Polis əməkdaşlarının fəaliyyəti şəhər sakinləri tərəfindən də razılıqla qarşılanır

11-10-2021, 12:18 63 dəfə baxılıb



Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsinə təyin olunan Rəşid Piriyev uzun müddətdir daxili işlər orqanlarında işləyir.

Rəşid Piriyevin həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edib. Bir qardaşı isə şəhid olub.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi, polis polkovniki Rəşid Piriyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi, polis polkovniki Rəşid Piriyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Rəşid Piriyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi, polis polkovniki Rəşid Piriyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Rəşid Piriyev bu qısa müddət ərzində heç nöqsanlara yol verməyib, əksinə mövcud problemlərin aradan qaldırılması üçün çalışır. Bu gün Rəşid Piriyev Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi kimi cənab nazir Vilayət Eyvazovun tapşırığı əsasında var gücü ilə çalışır ki, cənab nazir Vilayət Eyvazovun etimadını doğruldur.

Azərbaycanda polis xidmətinin və ictimai təhlükəsizliyin səmərəsini artırmaq üçün asayiş keşikçiləri ilə ictimaiyyət arasında etimada və əməkdaşlığa əsaslanan münasibətlər inkişaf etdirilir. Sevindirici haldır ki, Azərbaycanda ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, xüsusi tapşırıqların vaxtında yerinə yetirilməsi və insanlar arasında profilaktiki maarifləndirmə işinin aparılması nəticəsində kriminal hadisələrin sayı xeyli azalıb.

Polis əməkdaşlarının fəaliyyəti şəhər sakinləri tərəfindən də razılıqla qarşılanır. Rəşid Piriyev hələ digər rayon Polis Şöbəsində işləyərkən bacarığı və düzgün işi ilə rəhbərliyin etimadını doğrultmuşdu.

Rəşid Piriyevin xidmətləri sayəsində bu gün insanlar polisə daha çox arxalanır, onların hüquqlarının və təhlükəsizliyinin layiqincə mühafizə olunduğunu düşünürlər. Polis əməkdaşlarının uğurla fəaliyyət göstərməsi, dövlətçiliyə şərəflə xidmət etməsi və daxili sabitliyin təmin edilməsi Azərbaycanda iqtisadi inkişaf və əhalinin sosial-rifah halının yaxşılaşması sahələrində çox böyük rol oynayır. Təsadüfi deyil ki, sadə insanlar, yerli iş adamları bu faktı həmişə razılıq hissi ilə qeyd edirlər.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2021    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031