aztb.info
http://aztb.info
aztb.info

Mircəlal Mirzəyev: Dövlət başçısının ölkə melioratorlarının əməyinə və bu sahənin roluna verdiyi yüksək qiymət melioratorlarımızı daha səylə işləməyə və daha böyük nailiyyətlər qazanmağa sövq edir

21-04-2021, 12:51 105 dəfə baxılıb


Zərdab rayon Suvarma Sistemləri İdarəsinin rəisi Mircəlal Mirzəyev - Fondlar cəmiyyətin sosial-iqtisadi inkişafının maddi əsasını təşkil edən, habelə insanların tələbatlarını ödəmək üçün maddi nemətlərin yaradılması prosesidir. Günümüzdə ölkə hüdudları daxilində bu mənada özünü sübut etmiş bir çox fondlar var. Respublikamızda “Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu”, “Heydər Əliyev Fondu”, “Qarabağ Dirçəliş Fondu”, “Koronavirusla Mübarizəyə Dəstək Fondu” və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “YAŞAT Fondu” aktiv fəaliyyət göstərir. “YAŞAT Fondu”nun əsas məqsədi sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin hücumuna cavab olaraq Azərbaycan ordusunun əks-hücumu ilə başlayan 44 günlük müharibədə sosial-müdafiə sahəsində, habelə dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədi ilə yaradılıb. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar qazi olmuş və şəhid olmuş şəxslərin ailə üzvlərinə hər birimizin dəstəyi vacibdir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “YAŞAT” Fonduna nəzarəti himayəçilik şurası həyata keçirir. “YAŞAT Fondu”nun dəstəyi ilə bu qismdən olan yüzlərcə ailəyə maliyyə yardımlar göstərilmiş, qazilərimizin tibbi xərcləri ödənilmiş, xarici dövlətdə müalicəyə ehtiyacı olan qazilərimiz Türkiyə Cumhuriyyətinə yola salınmışdır. “YAŞAT Fondu”nun köməkliyi ilə bu cür dəstək tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Zərdab rayon Suvarma Sistemləri İdarəsinin rəisi Mircəlal Mirzəyevdir.

Torpaqların suvarma təminatı və meliorativ vəziyyətinin yaxşılaşdırılması aqrar sahədə uğurların rəhnidir. Əhalinin içməli, əkin sahələrinin suvarma suyu ilə təminatı vəziyyətinin yaxşılaşdırılması daim Mircəlal Mirzəyevi qayğılandırmışdır. Yeni suvarma kanalı tikilib. Suyu əkin sahələrinə ötürən nasos stansiyaları əsaslı təmir olunub. Bu işlər hazırda da davam etdirilir. Mircəlal müəllimin rəhbərlik etdiyi Zərdab rayon Suvarma Sistemləri İdarəsinin kollektivi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Suvarma kanallarının lildən təmizlənməsi, bəndlərin bərkidilməsi işləri vaxtında və keyfiyyətlə yerinə yetirilir. İdarə rayonda minlərlə hektarlıq ərazidə meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərir. SSİ daşqın və sel sularına qarşı mübarizə tədbirlərini uğurla həyata keçirir. Fermerlər, şəxsi təsərrüfat rəhbərləri, su istifadəçiləri SSİ-nin göstərdiyi xidmətlərdən razıdırlar. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin qaz vəziyyətdə qalması daim diqqət mərkəzindədir. Torpaq sahələrinin meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə kollektor dren şəbəkəsi təmizlənir, elektrik mühərriklərinin, nasos aqreqatlarının, hidrotexniki qurğuların, nasos stansiyalarının, hidropostların əsaslı və cari təmiri həyata keçirilir.

Qeyd etmək lazımdır ki, ötən illər qazanılmış nailiyyətlər bu il də uğurla davam etdirilir. Dövlət başçısının ölkə melioratorlarının əməyinə və bu sahənin roluna verdiyi yüksək qiymət melioratorlarımızı daha səylə işləməyə və daha böyük nailiyyətlər qazanmağa sövq edir.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2021    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031