aztb.info
http://aztb.info
aztb.info

Siraqəddin Cabbarov yüksək potensialı və peşəkar xüsusiyyətlərilə Sabirabadın inkişafı və çiçəklənməsi işinə öz gözəl tövhələrini verməkdə davam edir

21-10-2021, 09:36 111 dəfə baxılıb

Siraqəddin Cabbarov yüksək potensialı və peşəkar xüsusiyyətlərilə Sabirabadın inkişafı və çiçəklənməsi işinə öz gözəl tövhələrini verməkdə davam edir


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Siraqəddin Cabbarov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovdur.

Bu gün sürətlə inkişaf edən bölgələrimizdən biri də Sabirabad rayonudur. Təsadüfi deyildir ki, bu bölgədə indiyədək görülmüş və hal-hazırda da böyük ruh yüksəkliyi ilə həyata keçirilməkdə davam edən quruculuq işləri həm rayonun, həm də ölkənin ictimaiyyəti tərəfindən kifayət qədər yüksək qiymətləndirilir. Sabirabadda bütün sahələrdə dinamik inkişafın getdiyinin şahidi oluruq.

Bu gün Sabirabadda gedən abadlıq-quruculuq işlərində, binaların təmir və bərpa olunmasında, onlara tarixi görkəmlərinin qaytarılmasında, park və xiyabanların tamamilə yenidən qurulmasında, gözəl istirahət zonalarının yaradılmasında və ümumiyyətlə bu səpkidə yeni işlər reallaşdırılmasında rayonun rəhbəri kimi, Siraqəddin  müəllimin danılmaz xidmətləri vardır. İnanırıq ki, Cabbarov Siraqəddin bundan sonra da bütün bilik və bacarığı ilə, yüksək potensialı və peşəkar xüsusiyyətlərilə Sabirabadın inkişafı və çiçəklənməsi işinə öz gözəl tövhələrini verməkdə davam edəcəkdir.

Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Siraqəddin Cabbarov bu işin müqəddəsliyini qoruyub saxlayır. Siraqəddin Cabbarov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Siraqəddin Cabbarovdan danışdılar yaxşı ki, Siraqəddin Cabbarov Sabirabad rayon icra hakimiyyətinin başçısıdır… Siraqəddin Cabbarov öz isguzarlığı ilə tanınır və seçilir….

Siraqəddin Cabbarov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Siraqəddin Cabbarov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Siraqəddin Cabbarov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Siraqəddin Cabbarovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Siraqəddin Cabbarov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Siraqəddin Cabbarov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Sabirabad rayon icra hakimiyyətinin başçısı kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Siraqəddin Cabbarov özünü doğruldub. Bizdə hörmətli Siraqəddin Cabbarovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aralık 2021    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031