aztb.info
http://aztb.info
aztb.info

Quba rayonunda Şəhid ailələri ilə görüşlər davam etdirilir

15-10-2021, 12:29 160 dəfə baxılıb


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Ziyəddin Əliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.


Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin ofisində olmuşdur


Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Quba şəhərinin Heydər Əliyev prospektində fəaliyyətə başlayan ofisində olmuş, təşkilata kompüter dəsti və printer hədiyyə etmişdir.
RİH-nin başçısı cənab Ziyəddin Əliyev ofisdə yaradılan şəraitlə tanış olmuş, təşkilatın sədri, şəhid anası Tünzalə Abduləlimova ilə ətraflı söhbət aparmışdır. Görüşdə Quba Rayon Polis Şöbəsinin rəisi Mehman Əliyev və Rayon İcra Hakimiyyətinin məsul şəxsləri də iştirak etmişlər.




Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Vətən Müharibəsi şəhidinin il mərasimində iştirak etmişdir



Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, rayonun hüquq- mühafizə orqanlarının rəhbərləri və bir qrup rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə rayonun Ağbil kəndində Vətən Müharibəsi şəhidi Bayraxtarov Batdal Mikail oğlunun il mərasimində iştirak etmişlər.
Mərasim iştirakçıları əvvəlcə şəhidin xatirəsinə yaradılmış xatirə- bulaq kompleksinin açılışında iştirak etmişlər.
Kompleksdə kəndin Birinci Qarabağ Müharibəsindəki şəhidlərinin və rayonun Vətən Müharibəsindəki şəhidlərinin də xatirəsi əbədiləşdirilmiş,fotoşəkilləri əks olunmuşdur.
Kompleksin açılış mərasimində şəhid ailələri, qazilər, qonaqlar və kənd əhalisi də iştirak etmişlər.
Açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev çıxış edərək Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun Vətən Müharibəsində qazandığı tarixi Zəfərdən, ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən yüksək dövlət qayğısından ətraflı danışmış, Quba rayonunda şəhid ailələri və qazilərlə bağlı görülən işlərdən, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində indiyədək həyata keçirilən tədbirlərdən və gələcəkdə bu sahədə nəzərdə tutulan planlardan ətraflı bəhs etmişdir.
Digər çıxış edənlər də şəhidlərimizin qəhrəmanlığından ətraflı danışmış, onların əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını qeyd etmişlər.
Məktəblilər şəhidlər barədə vətənpərvərlik mövzusunda şeirlər ifa etmişlər.
Sonda kompleksin açılışı olmuş, Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev şəhid ailələri və qazilərlə söhbət edərək, onlarla fotoşəkil çəkdirmişdir.


Şəhid ailələri ilə görüşlər davam etdirilir



Rayon İcra Hakimiyyəti aparatının məsul şəxsləri daha bir qrup Vətən Müharibəsi şəhidinin ailəsini ziyarət etmiş, qayğıları ilə maraqlanmışdır. Görüş zamanı şəhidlərimizin 44 günlük Vətən Müharibəsində keçdiyi döyüş yolları və qəhrəmanlıqları barədə söhbət edilmiş, şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2021    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031