aztb.info
http://aztb.info
aztb.info

Mübariz Əhmədzadə - Dəyərlərə sadiq qalmaq

14-09-2021, 10:00 109 dəfə baxılıb

Mübariz Əhmədzadə - Dəyərlərə sadiq qalmaq


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin -  İcra başçısı, xeyriyyəçi Zaqatala Rayonu İcra Hakimiyyətinin Başçısı Mübariz Əhmədzadənin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Təsadüfən deməyiblər, elin gözü tərəzidir. Hər bir insanı öz mühiti, öz toplumu formalaşdır və onun həyatına, fəaliyyətinə ən sərrast qiyməti də məhz öz ətrafı, tanıdıqları, yaşadığı, üzvü olduğu toplum verir. Bu qiymətləndirmədən uğurla keçmək, bu imtahandan alnıaçıq çıxmaq isə hər adamın nəsibi olmur.

Əgər bugünə kimi yaxşılıq etdiyi, təmənnasız xeyirxahlıq göstərdiyi çoxsaylı insanların minnətdarlığını və alqışlarını da mükafat saysaq, onda deyə bilərik ki, Mübariz Əhmədzadənin saysız-hesabsız mükafatlar və təltiflər müəllifidir.

Zaqatala Rayonu İcra Hakimiyyətinin Başçısı Mübariz Əhmədzadənin səmimiyyət, xeyirxahlıq, mərdlik, düzlük kimi müsbət insanı keyfiyyətlərini də, xüsusi ilə qeyd etmək lazımdır. O, həm də nümunəvi ailə başçısı, bir nəslin, mən deyərdim ki, bir elin, obanın nüfuzlu şəxslərindədir.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2021    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031